Təqvim
Qarabağ bölgəsində öncə təhlükəsizlik qurumlarının bərpasına ehtiyac var - Deputat
05 yanvar 2021 - 18:51

Qarabağ bölgəsində öncə təhlükəsizlik qurumlarının bərpasına ehtiyac var - Deputat

 

Qarabağa qayıdışın astanasındayıq. Azərbaycan əsgərinin canı-qanı bahasına işğaldan azad edilən torpaqlara yeni nəfəs gəlib. Biz o nəfəsə yeni çəkilən yolla bir addım daha yaxınlaşırıq. Yeni çəkilən elektrik və qaz xətti ilə daha çox isinməyə və işıqlanmağa başlayırıq. Qurulan kommunikasiyalar sayəsində ünsiyyət və əlaqə zəncirvari xətt üzrə fəaliyyətə başlamaqdadır.

 

Azərbaycanın güc strukturları azad edilmiş rayon və şəhərlərdə şöbələrini açıb.

 

Bəs Xankəndi, Xocalıda güc strukturlarının qurulması nə vaxt reallaşacaq?

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu açıqlamasında bildirib ki, Azərbaycanın 44 günlük müharibədəki qələbəsi bütövlükdə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” terminini həm öz leksikonumuzdan, həm də beynəlxalq leksikondan çıxarmağa nail oldu:

 

“Azərbaycan 1991-ci ildən sonra əldə etdiyi müstəqillik illərindən bu günə ilk dəfədir ki, öz ərazisinin bütün hüquqlarını bərpa etdi. Buna görə də hazırkı mərhələdə Azərbaycanın yerli və mərkəzi İcra hakimiyyəti strukturlarının azad olunmuş ərazilərimizdə bərpa olunması prosesi gedir və idarəetmənin təşkili, təhlükəsizliyimizin bərpa prosesi ilə bağlı çox ciddi addımlar atılır.

 

 Biz artıq bilirik ki, hansı ərazilərimizdə Azərbaycanın təhlükəsizlik qurumlarının və icra strukturlarının yeni şöbələri bərpa olunur və bu proses get-gedə daha da dərinləşəcək. Çünki imzalanmış üçtərəfli bəyənnamədə qarabağla bağlı heç bir status nəzərdə tutulmayıb. Eyni zamanda, Azərbaycanın tam suveren hüquqlarının bərpasından söhbət gedir ki, hazırda biz bu prosesi müşahidə edirik”.

 

 Hikmət Babaoğlunun sözlərinə görə, yaşananları sadəcə alqışlamaq lazımdır. Çünki bu, çox böyük tarixi hadisədir:

 

 “Önümüzdəki mərhələdə yəqin ki, Azərbaycan dövlətinin suveren hüquqlarını bütün ərazilərimizdə tam şəkildə, hər qarış torpağımızda bərqərar olmasına şahidlik edəcəyik. Dağlıq Qarbağ ərazisi ən çox militarizə olunmuş, hərbiləşdirilmiş ərazi idi. Hər kvadrat metri müxtəlif silah və sursat növü ilə nəzarət altında saxlanılırdı. Şübhəsiz ki, bu cür ərazidə xüsusən də 30 il işğal altında qaldıqdan sonra ilk növbədə təbii ki, müvafiq təhlükəsizlik qurumlarının bərpasına ehtiyac var. Sonrakı mərhələdə artıq digər bənzər idarəetmə strukturlarının formalaşdırılmasının və onların fəaliyyətinin təmin olunmasına ehtiyac yaranacaq. Hazırkı mərhələdə ən optimal addımlar bunlardır və bu cür addımlar atılır”.

 

Modern.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə