Təqvim
Gülağa Tənha Kitab təqdimatı ("Vətəndaş olaq" şeir, "Vətənə gələndə" mahnı və anons)
12 yanvar 2021 - 10:00

Təqdim etdiyimiz videoçarxların birinci hissəsində xeyriyyəçi – şair Gülağa Tənhanın (Qənbərov) keçirtdiyi şeir müsabiqəsinin qaliblərindən biri olan məktəbli Sevinc Hüseynli şairin kitab təqdimatında “ Vətəndaş olaq” şeirini səsləndirir. Xalq artisti Mələkxanım Eyyubova isə Gülağa Tənhanın “Vətənə gələndə” şeirinə  Əməkdar artist Elza Seyidcahan tərəfindən bəstələnmiş mahnını ifa edir.  Video linkin üçüncü hissəsində  xeyriyyəçi-şair Gülağa Tənhanın “Azərbaycana bağlıyam” adlı kitablarının təqdimat mərasimində yadda qalan anları nümayiş etdirilir. 

 


VƏTƏNDAŞ OLAQ!...


Dil açıb Vətənə ana demişəm,
Vətənim – anamdı, anam – Vətəndi!
Udduğum havadı, içdiyim sudu,
Damarımda axan qanım – Vətəndi!
Yurda bağlananın, yurddaş olanın
Ocağı – Vətəndi, közü – Vətəndi!
Vətəndi bulağı, qayası, daşı,
Çəməni – Vətəndi, düzü – Vətəndi!
Canında-qanında od olmayanın,
Fikri, düşüncəsi qəpiyə dəyməz.
Vətənin adına ad olmayanın
Vətənsiz yaşamaq qəddini əyməz.
Gəl Vətən naminə yanaq, yaxılaq,
Bir bədən üstündə ayıq baş olaq.
Demirəm ucalaq uca göylərə,
Çölündə, düzündə qara daş olaq…
Vətəndaş olaq!
Vətəndaş olaq!
 

 

VƏTƏNƏ GƏLƏNDƏ

 

Qabağına yüyürər
Yol Vətənə gələndə.
Məcrasına sığışmaz
Sel Vətənə gələndə.
Saçına daraq olar
Yel Vətənə gələndə.
Ayağına sərilər
Gül Vətənə gələndə.
Gözdən həsrət yaşını
Sil Vətənə gələndə.
Gələndə oğul kimi
Gəl Vətənə gələndə!
Məzari – Şərif, 1980
 
 
Gülağa Tənha 

 

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха 
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə