Təqvim
Gülağa Tənha yaradıcılığı: Lirik mahnı və şeir
06 yanvar 2021 - 14:24

GT film studio bu dəfə sizə xeyriyyəçi-şair Gülağa Tənhanın şeirinə bəstələnmiş lirik mahnı və mahnıya uyğun şeir təqdim edir. “Mənə dönəmməzsən” şeirinə müraciət edən bəstəkar: İlhamə Adilqızı, ifaçı isə Ramal İsrafilovdur. Video link bölməsində təqdim etdiyimiz ikinci şeir “SƏN DƏ GETDİN, MƏN DƏ GETDİM…” adlanır.  Qiraətçi Azər Abdullayev  bu şeiri, müəllif Gülağa Tənhanın kitab təqdimatında səsləndirmişdir.

 


MƏNƏ DÖNƏMMƏZSƏN…


Qayıtma,
geriyə yollar bağlıdı,
Bir də bu ünvana gəlməyin – çətin.
Heç kimi qınama, öz günahındı,
Sonu vüsal olmur hər məhəbbətin.
Mənə dönmək üçün nə vaxtdan bəri,
Dərələr keçirsən, dağlar aşırsan.
Əllərin əlimə çatmır, ah çəkib
mənim xatirəmlə pıçıldaşırsan.
Soyuq baxışınla o vaxtdan bəri,
Sən mənim duyğuma qan uddurmusan.
Səni unutmazdım…
Yox, unutmazdım,
Sən özün özünü unutdurmusan.
Ayrıldıq…
Bu ağır həsrətə görə,
Səni yox, özümü əfv eləmişəm.
Canıma ruh kimi dolan sevgimi,
Qəlbimdə biryolluq dəfn eləmişəm.
Mənə dönəmməzsən…
Yollar bağlıdı,
Gözündə min həsrət bitirmisən sən.
Mənim ürəyimə dönmək haqqını
Ayrılıb gedəndən itirmisən sən!..

 

SƏN DƏ GETDİN, MƏN DƏ GETDİM…

 

Sevdiyimiz yaz nəğməsi oxunanda,
Ürəyimiz əzabları dərd etmədi.
Nəfəsimiz bir-birinə toxunanda
Zaman nədir, məkan nədir –
fərq etmədi.

Gəmilərtək qarşılaşdıq bir limanda,
Qoşalaşıb yelkən açdıq bir ümmanda,
Sən nə etdin? –
Sevgi qəlbə sığmayanda
Həsrət mənim ümidimi qərq etmədi?

Bir ümid ver ovunmayan qəmim üçün,
Şah pərdədə haray çəkən simim üçün.
Bir nəğmə var – sənin üçün, mənim üçün,
Nə yaxşı ki, onu yadlar eşitmədi.

Çiçək açdı, yarpaq tökdü sevgi bağı,
Yer süpürdü son baharın qaş-qabağı…
Ay insafsız, sinəmizdən sevgi dağı,
Sən də getdin, mən də getdim, o getmədi…

 

Gülağa Tənha

 

 

 

 
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха 
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Bakıda döyüşə yararlı sursat AŞKARLANDI18:17, 06 avqust 2022
Rusiyada alim vətənə xəyanət ittihamı ilə SAXLANILDI18:16, 06 avqust 2022
Gülağa Tənha AŞURA GÜNÜ münasibətilə xeyriyyə aksiyası keçirir 12:17, 06 avqust 2022
Ukraynada daha 250 işğalçı MƏHV EDİLDİ12:13, 06 avqust 2022
İlham Əliyev Panamanın yeni səfirinin etimadnaməsini qəbul etdi 12:12, 06 avqust 2022
Rusiyanın hərbi gəmisi yandı 14:22, 05 avqust 2022
Qarabağdan qaçan ermənilər İrəvanda aksiya keçirdilər 14:15, 05 avqust 2022
Prezident yeni sərəncam İMZALADI14:06, 05 avqust 2022
Zəngilanda “ASAN xidmət” fəaliyyətə başladı 14:05, 05 avqust 2022
Ağ Evə ildırım düşdü 11:19, 05 avqust 2022
Prezident Avstriya səfirinin etimadnaməsini qəbul etdi 11:15, 05 avqust 2022
Belarus qoşunları təlim keçmək üçün Rusiyaya gedəcək 16:33, 04 avqust 2022
Putin Qarabağa görə Təhlükəsizlik Şurasını təcili TOPLADI16:21, 04 avqust 2022
Yanacaq doldurma mərkəzində yanğın 16:19, 04 avqust 2022
Yaralı erməni separatçılar təcili İrəvana aparıldılar 16:17, 04 avqust 2022
Kremldən Qarabağdakı gərginliklə bağlı AÇIQLAMA16:13, 04 avqust 2022
Baş nazirdən Şərqi Zəngəzurla bağlı - SƏRƏNCAM16:10, 04 avqust 2022
Rusiya ordusunun komandanlıq və dəstək məntəqəsi məhv edildi 18:14, 03 avqust 2022
Polşanın Ukraynaya verdiyi silah anbarı partladıldı 16:18, 03 avqust 2022
Gülağa Tənha: HƏSRƏT16:14, 03 avqust 2022
 

Bütün hüquqlar qorunur © 2022

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə