Təqvim
Gülağa Tənha Düsturun həlli (II hissə)
25 dekabr 2020 - 13:19

Xeyriyyəçi – şair Gülağa Tənha yaradıcılığından iki nümunəni təqdim edirik! “Gözlərimin içinə baxma” adlanan şeirin ikinci cümləsində deyildiyi kimi: “Elə bil göylərdə, qar havası var...” Bu gün artıq şəhərimizdə daşların üzərində buzlara rast gəldik.  Torpağın donması, onun yenidən daha canlı oyanmasına səbəb olur...  “Soraq ünvanıyam” şeiri də şairin portret şeirlərindəndir, həm də xeyiyyəçi kimi tanınan şair, ehtiyacı olan insanlar tərəfindən daim soraq ünvanıdır... Dünyanın ən ülvi savabı axirətini düşünərək,  məqsədsiz edilən savablardı. Bəs axirəti düşünmək məqsəd deyilmi?!  Cavab odur ki, bu dünyada edilən bütün yaxşılıqlar həm də qarşılığını almaq üçün edilən yaxşılıqlardır, demək. Amma baxır bu qarşılığın kökündə nə dayanır?!  Bəşəriyyətin sahibinə sığınmaq, onun razılığını almaq, yuxarıda dediyimiz ən ülvi savablardandır. Əgər bir işi, savab olub olmadığını agah etmək istəyirsənsə, könlünə bax! Şüur, düşüncə, psixika yerində olaraq etdiyin əməldən sonra könül rahatlığı tapırsansa o zaman sən hər iki dünya üçün töhvə vermisən və mütləq də qarşılığını alacaqsandır. Məhz qarşılıq gözləmədən etdiyin əməllərə görə... Bir qədər fəlsəfəyə yönəlsək də həyatın gerçəkləri  daim elə xırda detallarla özünü əks etdirir, yəni zənn etdiyimiz mürəkkəbliyin olduqca sadəliyində...

 

GÖZÜMÜN İÇİNƏ BAXMA

 

Bu soyuq rüzgarın insafı yoxdu,
Elə bil göylərdə qar havası var.
Ürəyim üşüyür, yenə göylərin
Sevgimin oduyla öz davası var.
Başımın üstündə nə vaxtdan bəri,
Çovğun oynadırsan, yel əsdirirsən.
Özün xoşbəxtliyə tələsdiyin tək
Məni əzablara tələsdirirsən.
Hardasa dağların qarı əriyib,
Hardasa bir ilıq barışıq düşüb.
Biz olan tərəfdə görəsən niyə
Dünyanın iqlimi qarışıq düşüb?
Sənin gözlərinin soyuqluğundan
Üzümə ağ olan ilim üşüyür.
Yox, daha adını tuta bilmərəm,
Dodağım üşüyür, dilim üşüyür.
Telinə bürünür itən illərim,
Canımı aldıqca bu hiss, bu duyğu.
Ömrümü üşüdür, əllərimi yox,
Sənin gözlərinin qar soyuqluğu.
Soyuqdan istiyə uçur, daha sən,
Uçan durnaların köçünə baxma!
Məni dirigözlü donduracaqsan,
Baxma, gözlərimin içinə baxma!..
 


***

Gülağa Tənha deyir:
Mən kiməm?
Gözü nurdan düşənə çıraq ünvanıyam mən,
Ürəyi yananlara bulaq ünvanıyam  mən,
Cihada gedənlərə bayraq ünvanıyam mən,
Döyüşə gedənlərə yaraq ünvanıyam mən, 
Sözdən saray qurana varaq ünvanıyam mən,
Dünyanı sevnlərə maraq ünvanıyam mən,
Köməyə möhtaclara soraq ünvanıyam mən...

 

 

I hissə: https://azpress.az/index.php?lang=az&sectionid=news&id=95511

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons   
  
  Hazırladı: Ağa M. A
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə