Təqvim
Gülağa Tənha Dostluq...(Aleksandr İvanov)
20 dekabr 2020 - 11:26

Yutub kanalında xeyriyyəçi-şair  Gülağa Tənhanın video matreallarını izləyərkən Gülağa Tənhanın Aleksandor İvanovla Ulu Öndər Heyrəd Əliyevin məzarını ziyarət etməsi görüntüsü çıxdı, videonn davamında, tədbirlərin birində şair – xeyriyyəçi Gülağa Tənha (Qənbərov), dostu Aleksandr İvanovun vaxtilə Azərbaycan üçün etdiyi xidmətlərdən danışır. Araşdırma aparıb, adını çəkdiyim insanlar haqqında yazılan məqaləni tapdım, həmin yazının bir neçə hissəsini təqdim edirəm.

A.İvanov "İnterfaks-Azərbaycan” informasiya agentliyinə rəhbərlik edirdi. Hələ ulu öndərin sağlığında bu agentliyin köməyi ilə dünyaya Azərbaycan həqiqətləri, ulu öndər haqqında ən dəqiq, vacib informasiyaları yayımlamaq mümkün idi.
A.İvanov uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışıb. Təsadüfi deyil ki, o həmişə cangüdənlər briqadasına rəhbərlik edib. Hamı onu "Saşa” deyə tanıyırdı. Ulu öndər bilavasitə ən vacib işləri A.İvanova həvalə edirdi. Hamı bilirdi ki, o, öndərin ən etibarlı adamıdır. A.İvanov da öz ətrafına özünün ən etibar etdiyi şəxsləri toplamışdı və onların köməyi ilə tapşırıqları vaxtında yerinə yetirirdi. Həmin vaxtlarda A.İvanova verilən tapşırıqların yerinə yetirilməsində ən aktiv rol oynayan, köməyini əsirgəməyən Gülağa Qəmbərovun adını çəkmək lazım gəlir. Bəs, Gülağa Qəmbərov kimdir? Gülağa Tənha kimi tanınan azərbaycanlı şair və iş adamı 1959-cu ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub. O, Moskvada mötəbər vəzifədə işləyərkən öz imkanlarından və bacarığından istifadə edərək H.Əliyevin A.İvanova verdiyi tapşırıqların yerinə yetirilməsində xüsusi rol oynayırdı.
 
A.İvanov və G.Qəmbərov çox yaxın dost olublar. Təsadüfi deyil ki, G.Qəmbərov Bakıya gələn zaman ulu öndərimizin məzarına məhz A.İvanovla gedərdi. A.İvanovun vaxtsız vəfatı bir çoxlarını olduğu kimi, G.Qəmbərovu da sarsıtmışdı.
Gülağa Qəmbərovun İnterfaksa köməyi ilə A.İvanov bütün dünyaya Azərbaycan haqqında həqiqətləri çatdırırdı. Tanınmış jurnalist və publisist Əflatun Amaşov da A.İvanov haqqında ürək sözlərini bildirib. Ə.Amaşovun dediyinə görə, A.İvanov sadəliyi, səmimiliyi ilə seçilirdi. İdeya və prinsiplərinə, sadiqliyinə görə tanınan mərhum A.İvanov şəxsi keyfiyyətləri ilə də olduqca örnək sima sayılırdı. Ə.Amaşov mərhumun vəfatının vaxtsız olduğunu bildirərək, doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı verdiyini bildirib.

Mənbə: sherg.az – saytı. Yazıda Gülağa Tənhanın familiyası Qəmbərov yazılsa da bizim  araşdırmamız nəticəsində bəlli etmişik ki, xeyriyyəçi – şairin familiyası dəqiq olaraq Qənbərovdur. Yuxarıda qeyd etdiyimiz kimi bu böyük dostluq və ömür yolundan fraqmenti yayınladığımız videoçarxa video link bölməsində baxa bilərsiniz...
 

 

 


Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons  hazırladı: Ağa M. A
 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə