Təqvim
Gülağa Tənha Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmətlə
12 dekabr 2020 - 09:00:00

Xatırlayırsınızsa xeyriyyəçi – şair Gülağa Tənhanın “Dünya öz işindədir” şeirini bu ilin aprel ayında yayınlamışdıq. İl tamam olmamış illərin acıları, məlhəm olub şərbətə çevirildi. Səbəb əldə etdiyimiz Zəfər, Qalibiyyətdir. Adamın əli gəlmir ki bu sözləri  kiçik həriflərlə yazsın, elə Vətən sözünüdə... Bir sözü qoyub başqasına keçirəm, atalar övladları ilə həmişə fəxr etmək istəyərlər:  əxlaqı, elmi, mədəniyyəti və ən başlıca həyatda əldə etdiyi naliyyətləri ilə... Ulu öndər Heydər Əliyev bu günləri görsəydi oğlu İlham Əliyevlə qürur hissi ilə fəxr edərdi... Düşünürəm o dahi, uzaq görən idi və bilirdi ki, zaman gələcək canından, qanından olan övlad Xalqı ətrafına birləşdirərək Qələbələr əldə edəcək, tarix yazacaqdır! O potensialı görürdü, odur ki Qarabağım işğaldan azad edilməsini 2003 – ci ildə gələcəyin Prezidenti olan cənab İlham Əliyevə vəsiyyət etdi. Bu gün Qarabağ azaddır! Yəgin övlad üçün də bundan böyük xoşbəxtlik yoxdur, valideyinin vəsiyyətini gerçəkləşdirmək...Hamı bir nəfər kimi bu yolda səfərbər oldu. Dərin zəka sahibi Heydər Əliyev daim qəlblərdə, yaddaşlarda yaşamaqdadır. Bəlkə də təqdim etdiyimiz videodan bir qədər kənara çıxdıq, bu fikirlər mübaliğəsiz, içdən gələn fikirlər idi deyə qeyd etdim. Bu gün 12 dekabr 2020 – ci ildir və Ulu öndər Heydər Əlirza oğlu Əliyevin 17 il bundan əvvəl dünyadan köçdüyü gündür.  Ruhu şad olsun... Hazırladığımız videoçarxda xeyriyyəçi – şair Gülağa Tənha (Qənbərov) Fəxri Xiyabana təşrif buyuraraq Ulu öndərdin məzarını ziyarət edir. Bu gəliş əsl Sevgi və Vətənpərvərlik idi...Yəgin Şairin gələcəkdə dərc olunan şeirlərində “Dünya öz işindədir” şeirinin alternativi, göz aydınlığını əks etdirən şeirlərlə də qarşılaşacağıq. 


Ruhun şad olsun, cənab GENERAL!

 


Xeyriyyəçi - şair Gülağa Tənhanın "DÜNYAYA XİTAB" şeiri - Dahi rəhbərimiz Heydər Əliyevin məzarı üstündə düşüncələr. 


A dünya, nə vaxtsa gözləri dolan
Bəndənin qeydinə qalacaqmısan?
Nələr etdiyini yadına salsan,
Qara bulud kimi dolacaqmısan?
 
Ürəyin daşıymış, gözün dolmadı,
Çayın qurumadı, gülün solmadı…
Ona səndən başqa qıyan olmadı,
Sən mənə vəfalı olacaqmısan?
 
Nə vəfan varıymış, nə etibarın,
Qəlbimi üşüdür boranın, qarın.
Mənə şam yandırıb hey korun-korun,
Ağlayıb saçını yolacaqmısan?
 
Özünü unutdu, xalqına yandı,
Xalqını yaşatdı, xalq onu andı.
Bu itki can yaxır xeyli zamandı,
Sən də bizim kimi yanacaqmısan?
 
Onsuz necə ağır keçir ömür-gün,
İnamım itibdi sənə büsbütün…
Onunla yenidən qovuşmaq üçün
Tənhanı qoynuna alacaqmısan?
 
Ey Tanrım, arxa ol bizim İlhama,
Xalqını çatdırsın arzuya, kama!..
Ömrünü bu yolda döndərib şama,
Sən onun qeydinə qalacaqmısan?
Sən onun qeydinə qalacaqmısan?
 
Bakı, Fəxri Xiyaban, 12.12.2004

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons Hazırladı: Ağa M. A
 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə