Təqvim
"Qızıl Xaç" Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkdi
06 dekabr 2020 - 13:52

 "Qızıl Xaç" Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkdi


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) sentyabrın 27-dən sonra münaqişə nəticəsində saxlanılan azərbaycanlılara baş çəkib.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib.

 

Komitə rəsmisi qeyd edib ki, saxlanılan şəxslərin ailələrilə əlaqələrin bərpasının təmin olunması həyata keçirilir.

 

O həmçinin deyib ki, azərbaycanlı hərbi əsirlərlərin geri qaytarılması üçün dialoqlar davam etdirilir:

 

“Saxlanılan şəxslərin qaytarılması, azad olunması saxlayan tərəfdən asılıdır. Saxlayan tərəf azad etmək barədə arzu və qərarını bildirdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi bu əməliyyatın həyata keçirilməsində vasitəçi olaraq iştirak edir”.

 

 

Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat var.

 

Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşıb.

 

Azərbaycan tərəfi həmin əsirlərin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə