Təqvim
Kimya fakültəsində “Qarabağ Azərbaycandır!” adlı onlayn tədbir keçirilib
04 dekabr 2020 - 13:43

Bakı Dövlət Universitetinin (BDU)  Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!" adlı onlayn tədbir keçiirlib.
 

Tədbiri giriş sözü ilə açan fakültənin TGT sədr əvəzi Əli Qədirli müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib, 44 günlük Vətən müharibəsində qazanılmış qalibiyyətdən danışıb. O, tarixi və əzəli torpaqlarımızın işğaldan azad olunmasının Azərbaycanın hərbi və siyasi qələbəsi olduğunu diqqətə çatdırıb.
 

Tədbirdə Tələbə Gənclər Təşkilatı üzvləri Zemfira Hüseynova "Azərbaycanın milli-mənəvi dəyərləri", Sevinc Həsənova "Şəhidlərimiz və qazilərimiz", Zeynəb Qədirova "Müharibə zamanı mülki əhaliyə dəymiş zərər" mövzularında çıxış ediblər.
 

Kimya fakültəsinin dekan müavinləri Taleh Qəhrəmanov, Fuad Kərimli, professorları Teymur İlyaslı, İbrahim Məmmədov, Namiq Şıxəliyev, Rasim Aliosmanovun Vətən müharibəsində qazandığımız parlaq qələbə, eləcə də diplomatiya və siyasətdə əldə edilən uğur, dövlət-xalq-ordu birliyi, həmrəylik haqqında məruzə ilə çıxış ediblər. Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən hərbi təxribatları, Vətən müharibəsində qazanılmış Qələbə və Qarabağın erməni işğalından azad olunması münasibətilə təbrik nitqləri səsləndirilib. Vətənimizin ərazi bütövlüyü uğrunda haqq savaşında həmrəy olan xalqımızın dövlət başçısının ətrafında yumruq kimi birləşərək həm döyüş meydanında, həm də informasiya müharibəsində düşmənə qalib gəldiyi vurğulanıb.
 

Tədbir  Microsoft Teams platformasında üzərindən Kimya fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə baş tutub.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TƏHSİL
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə