Təqvim
Tanınmış xeyriyyəçi, iş adamı Gülağa (TƏNHA) Qənbərovdan xalqa çağırış: İlham Əliyev cənablarına Milli Qəhrəman adı verilsin, Azərbaycan dövlətinə əbədi rəhbərlik etsin!
29 noyabr 2020 - 12:33

Tanınmış xeyriyyəçi, iş adamı Gülağa (TƏNHA) Qənbərovdan xalqa çağırış:

İlham Əliyev cənablarına Milli Qəhrəman adı verilsin, Azərbaycan dövlətinə əbədi rəhbərlik etsin! 

 

 

Azərbaycan tarixinə nəzər salsaq, xarici düşmənlər tərəfindən Vətənimizin daim hücumlara məruz qaldığını görərik. Bu özünü,  xüsusilə son 200 ildə daha qabariq biruzə verib. Zaman-zaman Vətənimizin torpaqlarını hissə-hissə zəbt edən düşmən daha da iştahaya gəlirirdi. Əsrlər boyu bizə məxsus torpaqlarda öz faşist dövlətini yaradaraq, dünyanın gözü qarşısında azərbaycanlılara qarşı qenosid-soyqrım törədirdi. Cəzasızlıqdan istifadə edən düşmən yeni xülyaya düşmüşdü və ölkəmizin 20%-ni işğal edərək, “Böyük Ermənistan“ yaratmaq arzusunda idi. Düşmən işğalını əsaslandırmaq üçün,ilk növbədə mədəni –tarixi irsimizi (alban-xristian məbədlərini zorən özününküləşdirir).Bu istiqamətdə yalançı  erməni tarixciləri geniş saxtalaşdirma kampaniyasi başlayıblar.İşğalını əsasləndırmağa cəhd edən  düşmən ardı-arası kəsiməyən təxribatlar törədirdi. Azğınlaşmış düşmənin cavabını vermək üçün, artıq savaşa tam hazır bir xalq kimi öz sərkərdəsi İlham Əliyevin ətrafında sıx birləşərək 200 illik sükutu pozdu.

Sentyabrın 27-dən başlayaraq həyata keçirilən sülhə məcburetmə əks-hücim həmləsi nəticəsində xalq verdiyi itkilərə baxmayaraq,  ruhdan düşmədi, Ali Baş Komandan ətrafında yumruq kimi sıx birləşərək  ancaq və ancaq qələbə uğrunda mübarizə apardı: “Fateh sərkərdə, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında şanlı tarix yazan müzəffər Azərbaycan ordusu döyüş meydanında geosiyasi vəziyyəti dəyişərək  qələbələrə imza atdı. Həm xalqın yumruq kimi birliyi, həm  xilaskar lider, fateh sərkərdə, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, cəsarətli komandanlığı, müzəffər Azərbaycan ordusunun döyüş meydanındakı şücaəti nəticəsində  noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük  mənəvi əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi,  “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Bu müharibə bütün dünyaya bir daha Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq və müzəffər ordu olduğunu göstərdi”.

 

Bundan sonra artıq qurucluq mərhələsinə qədəm qoyulur. “Azərbaycan dövləti, Cənab prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş  ərazilərdə infrastrukturu yeniləyərək,  məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını qısa müddətdə təmin edəcək. Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik. Azərbaycan dövləti barbar düşmənin məhv edib, dağıtdığı bütün tarixi abidələri, məscidləri bərpa edəcək, 28 ildən sonra bütün işğal olunmuş ərazilərimizdə və eyni zamanda Şuşada yenə də azan səsi eşidiləcək.

Mən iş adamı kimi dünyanın bir cox inkişaf etmiş ölkələrində olmuşam: Böyük Britaniyada, Almaniyada,Rusiyada,Cənubi Afrika Respublikasında,Yaponiyada, Cində. Getdiyim bir çox yerlərin iqtisadiyyatı ilə dərindən araşdırmışam. Apardığim araşdırmalar nəticəsində qənaətə gəlmişəm ki, demək olar ki, o ölkələrin iqtisadi-siyasi-hərbi potensialı yüksəkdir, orada sosial-ictimai əmin-amanlıq hökm sürür. Orada hamı bir lider ətrafında birləşib. Orada cəmiyyətin toxunulmaz olan və hamı tərəfindən şəksiz qəbul edilən konstitusiyası və lideri var. Hamı liderin ətrafında səfərbər olaraq ölkənin düzgün inkişafını təmin edir. Bu olkələrdə sosial kataklizmalar da demək olar ki, yox dərəcəsindədir. Bu ölkələrdə hamını yalniz iqtisadi – hərbi potensialın inkişaf dərəcəsi və buna uyğun olaraq cəmiyyətin hər bir üzvünün sosial yaşam tərzinin yüksək olması maraqlandırır. Bu olkələrdən, xüsusilə, Böyük Britaniyanı qeyd etmək istərdim.( Böyük Britaniya konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabetdir. Kraliça dünyanın daha 17 müstəqil dövlətinin başçısı sayılır. Ölkənin sosial-siyasi birliyi məhz onun  konstitusiyalı monarxiya quruluşlu olmasıdır. Zənnimcə, bizlərə də, düşünməyə dəyər.
 Bununla əlaqədar olaraq, mənim 2 təxirəsalınmaz təklifim var:

Biz son 200 ildə ilk dəfə olaraq tarixə qızıl hərflərlə yazılan QƏLƏBƏ əldə etmişik. 
Qələbə 28 il müddətində əvvəlcə Ulu öndər Heydər Əliyevin və daha sonra həmin siyasi kursun layiqli davamçısı  cənab Prezident İlham Əliyevin məqsədyönlü, uzaqgörən, müdrik, qətiyyətli və cəsarətli siyasəti nəticəsində mümkün olmuşdur. Azərbaycan xalqı da bu siaysi kursa sadiqliyini nümayiş etdirərək, cənab Prezident İlham Əliyevin ətrafında sıx biləşərək onun yürütdüyü siyasəti dəsətkləmişdir.  “ El bir olsa dağı yerindən oynadar! “  Məhz Ali Baş Komandanın ərtafında bir yumruq kimi birlik nümayiş etdirməyimiz nəticəsində bu qələbələr mümkün oldu.

 

Təklif edirəm:

 

1.Ali Baş komandan Əliyev İlham Heydər oğlu cənabları 2 dəfə Milli Qəhrəman adına layıq görülsün!

 

2.Konstitusiyada dəyişiklik edib, Əliyev İlham Heydər oğluna ailəliklə krallıq statusu təqdim edilsin!

 

 

mənbə: Azpress.az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə