23 noyabr 2020-ci il, Bakı – Noyabr ayının sonuna qədər Rusiya və Ukrayna vətəndaşlarının Azərbaycandan vətənlərinə qayıtması üçün çarter uçuşlarına başlanması nəzərdə tutulur. Noyabrın 26-dan etibarən “Aeroflot” aviaşirkəti Bakı-Moskva marşrutu üzrə müntəzəm çarter reyslərini həyata keçirməyə başlayacaq. Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Bundan əlavə, “SkyUp Airlines” aviaşirkəti 30 noyabr tarixində Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün Bakı-Kiyev çarter reysini həyata keçirəcəkdir. Qeyd etməliyik ki, yalnız vətəndaşlığı və ya təyinat ölkəsinə giriş hüququ olan, eləcə də koronavirus (COVID-19) testindən keçərək mənfi nəticə alan sərnişinlər uçuşlara buraxılacaqdır.
Bütün hüquqlar qorunur © 2024