Təqvim
Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi Dr.Tamilla Əliyeva: “Risk qrupuna daxil olanlar COVİD-19 virusundan necə qorumalıdırlar?”
19 noyabr 2020 - 11:58

Artıq bir aya yaxındır ki, ölkəmizdə COVİD-19 infeksiyasına yoluxanların sayı 2000-ni keçərək, antirekord bir göstəriciyə çatıb. Çox təəssüf ki, hazırda bu virusa yoluxanların arasında ölüm halları da artmaqdadır. Vəfat edənlərin əksəriyyəti əsasən, yanaşı xəstəliyi olan və xəstəliyin ağır səviyyəsində xəstəxanaya gətirilənlərdir.


Payız-qış aylarında digər respirator xəstəliklər kimi, COVİD-19 infeksiyasının da geniş yayılacağı gözlənilən idi. Mövsüm xəstəliklərinin sayı məhz payızdan qışa keçən dövrdə artdığına görə COVİD-19 da bütün dünyada olduğu kimi, Azərbaycanda da kəskin artıb. Buna görə yanaşı xəstəlikləri olan insanlar daha diqqətli olmalıdırlar. Belə ki, hər hansı yanaşı xəstəlik, məsələn, hipertoniya, şəkərli diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri, ürək çatışmazlığı, bronxial astma, tənəffüs yolları xəstəlikləri, qaraciyər xəstəlikləri, ağciyər xəstəlikləri, onkoloji xəstəliklər, mədə-bağırsaq xəstəlikləri olan insanlar koronavirusa yoluxarsa, bu, daha ağır fəsadlarla nəticələnə bilər.


COVİD-19 infeksiyası mərkəzi sinir sistemi və beyində bir çox problemlərin də yaranmasına, ensefalopatiya, insult və digər nevroloji ağırlaşmalara gətirib çıxara bilər. Yeni növ koronavirusa yoluxanların 80%-də nevroloji əlamətlər bu və ya digər formada özünü göstərir. Öskürək, yüksək temperatur və nəfəs almaqda çətinlik çəkmək kimi simptomlarla müşahidə olunan bu xəstəliyi
yaşlı və yanaşı xəstəlikləri olan insanlar daha ağır keçirir və bu, onların həyatı üçün ciddi təhlükədir.
Ümumiyyətlə, yaşı 70 yaşdan yuxarı olan insanlar onsuzda risk qrupuna daxildir. Yanaşı xəstəlikləri olanlar arasında isə gəncləri də görmək olur. Ona görə də bu insanlar özlərini daha ciddi qorumalı, ara məsafə saxlamalı və zəruri olmadıqda özlərini təcrid etməlidirlər. Risk qrupuna daxil olan xəstələr özlərində koronavirus əlamətləri hiss etdikdə, dərhal həkimə müraciət etsinlər. Xəstəliyi adi qrip bilib özünümüalicə qətiyyən olmaz, çünki, bu adi qrip olmayıb, yeni növ koronavirus ola bilər. Bu xəstəliyi hər kəs fərqli keçirir, müalicə də fərqli olur. Mütləq həkimə müraciət edilməlidir ki, müalicəyə başlamağa gec olmasın.


Koronavirusdan qorunmaq üçün hər şeydən əvvəl, gigiyena qaydalarına riayət etməyi yaddan çıxarmayın: maska, əlcək, spirtdən istifadə edin. İctimai yerlərdə ara məsafə gözləyin. Bununla həm özünüzü, həm ətrafınızdakı insanları qorumuş olarsınız. Maskadan qapalı yerlərdə mütləq istifadə edin və 2-3 saatdan bir dəyişin. Ara məsafə saxlayın, əllərinizi tez-tez sabunla yuyun və ya spirtlə silin.
 

Tutacaqlarda, qapılarda və digər səthlərdə virusun uzun müddət qaldığını nəzərə alaraq, əllərinizi gözünüzə, ağzınıza və burnunuza yaxınlaşdırmayın, əllərinizi yaxşı-yaxşı yuyun. Ən başlıcası isə zəruri bir işiniz olmazsa evdən çıxmamaq, digər şəxslərlə təmasları azaltmaq, qonaq qəbulu və qonaq getməyi dayandırmaq lazımdır. Mümkün qədər evdə qalmağa çalışın. Virus bizimlə artıq 10 aydan çoxdur ki, yaşayır. Onunla mübarizə aparmaqla yanaşı, öz həyat tərzimizi də ona uyğunluşdurmalıyıq. Bu barədə nə qədər çox danışsaq da, problem yenə aktual olaraq qalır.


Gözləmək lazım deyil ki, virus tezliklə öz-özünə çıxıb gedəcək. Öz sağlamlığımıza və ətrafdakıların sağlamlığına diqqətli olmalıyıq. Unutmayaq ki, 3 qızıl qaydaya ciddi riayət etməklə - maskadan istifadə, əllərin tez-tez yuyulması və ya spirtlənməsi, ara məsafənin saxlanılmasına riayət etməklə koronavirus riskini xeyli azaltmaq mümkündür.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə