Təqvim
Xəbərdarlıq: “WhatsApp” üzərindən müəllim və tələbələri hədəf alan “fişinq” kampaniyaları həyata keçirilir
17 noyabr 2020 - 15:59

Xəbərdarlıq: “WhatsApp” üzərindən müəllim və tələbələri hədəf alan “fişinq” kampaniyaları həyata keçirilir
 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “WhatsApp” üzərindən həyata keçirilən daha bir “fişinq” kampaniyasını qeydə alıb. Kiberdələduzlar tərəfindən həyata keçirilən növbəti “fişinq” kampaniyasının hədəfi müəllim və tələbələrdir. Belə ki, “WhatsApp” üzərindən “Pulsuz laptop dəstəyi 2020” başlığı ilə göndərilən “spam” mesajlarda guya kompüter şirkətləri tərəfindən müəllim və tələbələrə pulsuz noutbukların təqdim edildiyi bildirilir.
 

 

Pulsuz noutbuk əldə etmək üçün istifadəçidən keçidə daxil olaraq ad, soyad və mobil nömrəsini daxil etməklə noutbuk markasını seçməsi istənilir.


 

Növbəti mərhələdə isə istifadəçidən bu mesajı nömrə siyahısında olan 20 “WhatsApp” istifadəçisinə və ya 5 qrupa göndərməsi tələb olunur.
 


 

Son mərhələdə istifadəçidən tətbiqi yükləməsi və 24 saat ərzində adminin cavabını gözləməsi istənilir.


 

Kiberdələduzların məqsədi saxta reklam baxışları toplamaqla “asan” yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir.
Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır.


Bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, onlara cavab verməsinlər, digər şəxslərlə paylaşmasınlar və ''Report spam (Şikayət et)'' seçimini etməklə mesajı ''spam'' olaraq şikayət etsinlər.


Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TƏHSİL
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə