Təqvim
İtaliyada yaşayan azərbaycanlılarla videogörüş keçirilib
15 noyabr 2020 - 18:46

İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə diaspor təmsilçiləri bir araya gəlib və virtual müzakirə aparıblar.


Görüş iştirakçıları Azərbaycan Ordusunun rəşadəti,  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində əldə olunmuş möhtəşəm qələbə münasibətilə bir-birlərini təbrik edib, yeni fəaliyyət mexanizmlərini müzakirə ediblər.


Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev və Komitənin digər məsul şəxsləri, İtaliya-Azərbaycan Birliyinin sədri Fərid Abbasov, təşkilatın departament rəhbərləri, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov, Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov, Azərbaycan-İtaliya Assosiasiyasının sədri Bahar Yusifzadə, “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev və başqaları Azərbaycan diasporunun qarşısına qoyduğu hədəflər və fəaliyyət istiqamətləri barədə danışıblar. Qeyd olunub ki, xaricdə yaşayan azərbaycanlılar bu günədək Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında və erməni yalanlarının ifşa olunmasında yaxından iştirak edib. İndi isə qazanılmış qələbə bizi daha da ruhlandırır, informasiya platformasında fəal olmağa stimul verir.


Görüş iştirakçıları İtaliya KİV-lərinin məlumatlandırılması işinin daha keyfiyyətli təşkilini, eləcə də xaricdə təhsil alan tələbələrin diasporun fəaliyyətinə cəlb edilməsini vacib saydıqlarını diqqətə çatdırıblar.
Görüş boyu Azərbaycan dövlətinin milli maraqlarının və mənafeyinin qorunması yolunda görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, maraqlı təkliflər səslənib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə