Təqvim
Energetika naziri ilə İranın Azərbaycandakı səfiri arasında onlayn görüş keçirilib - FOTO
05 noyabr 2020 - 20:07

Energetika naziri Pərviz Şahbazov ilə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan və İran arasında energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.


Nazir səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib, ona uğurlar arzulayıb. Daha sonra səfirə Ermənistanın son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və kəndlərinə ağır artilleriya və raket qurğuları vasitəsi ilə hücumları nəticəsində 27 sentyabr tarixindən bu günədək 91 mülki şəxs qətlə yetirilib, 400 nəfərdən çox yaralanıb.


Səfir Ermənistanın hərbi təxribatları nəticəsində Gəncə, Bərdə, Tərtər şəhərlərində, həmçinin münaqişə zonasından kənar digər bölgələrdə həlak olanlarla bağlı Azərbaycan xalqına, şəhid ailələrinə və yaxınlarına başsağlığını çatdırıb. Ölkəsinin rəsmi mövqeyinin dəyişməz qaldığını bildirərək, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini qeyd edib. O, eyni zamanda, Azərbaycanın işğal altında olan torpaqlarının Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsi münasibəti ilə təbriklərini çatdırıb.


Energetika naziri Pərviz Şahbazov hazırda İranla birgə həyata keçirilən layihələr, onların icra vəziyyəti və görülən işlər barədə fikirlərini bildirib, illərdir davam edən uğurlu əməkdaşlığa səfir Seyid Abbas Musəvinin töhfə verəcəyinə əminliyini ifadə edib.


Görüşdə İranla neft-qaz, elektroenergetika sahələrində əməkdaşlığın mövcud vəziyyəti, birgə layihələrin  icrası və digər məsələlər müzakirə olunub.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə