Təqvim
Mərkəzi Elmi Kitabxananın yeni layihəsi: “Qarabağ Azərbaycandır!”
31 oktyabr 2020 - 17:48

İnnovasiya bu gün təkcə iqtisadiyyat, sənaye, idarəetmə, mühəndislik və texnologiyanın yeni formalarında deyil, həm də ictimai həyatın bütün sahələrində təcəssüm olunur. İnnovativ, yenilikçi fəaliyyətin reallaşdırılması hazırda siyasət, elm, təhsil, mədəniyyət sahələrində geniş müşahidə olunur. Bütün elmi-texniki, ictimai-siyasi, ədəbi-mədəni informasiya axınının qovuşduğu kitabxana-informasiya fəaliyyətində innovasiya ə­vvə­llər analoqu olmayan yeni metodlara, məzmun və mahiyyətə, fərqli yanaşmalara, dəyişikliklərə köklənmiş mədəniyyət hadisəsi kimi başa düşülməlidir. Sosial şərtlərə üstünlük verməklə səmərəli, məqsədyönlü kitabxana-biblioqrafiya xidmətləri isə həqiqi innovativ keyfiyyətlərin göstəricisi olmalıdır.

Bu gün Azərbaycanın böyük elm ocağı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası öz tarixinin yeni bir dövrünə qədəm qoymaqdadır. Yeni ixtisas­laşdırılmış “açıq rəf üsulu” və məlumat-biblioqrafiya servisi ilə xidmət edən Akademiklər fondu, AMEA-nın regional bölmələri üçün yaradılmış fondlar və məlumat bazaları, “Şərqşünaslıq”, “Qərbşünaslıq”, “Azərbay­canşü­naslıq” bölmə və fondları, yeni fərqli dizaynda oxu zalları istifadəçilərin ixtiyarındadır. “Azərbaycan elmi və alimləri” elek­tron məlumat bazaları, Azərbaycanın elm və mə­dəniyyət xadimləri seriyasından biblio­qrafik nəşrlər, AMEA nəşr­lərinin biblioqrafik salnamələri və s. tərtibi pro­ses­lə­rinə start verilib. Müəllif hüquqları gözlənilməklə elmi nəşrlərin virtual ki­tab­xanasının yara­dılması haqqında müqavilə tətbiq edilib.

Bütün bunlar MEK-ə yeni ab-hava gətirmiş, istifadəçilərə isə yaradıcılıq axtarışları üçün rahatlıq, operativ və dəqiq elmi informasiya bazaları, interaktiv biblioqrafik məlumatlandırma, sorğuların onlayn ödənilməsi və s. kimi xidmətlər servisi təqdim etmişdir.

Yeni tipli kitabxana-informasiya institutunun yaranması ilə müşayiət olunan bu proseslərin arxasında yeni formalaşdırılmış və ziyalılarımıza xidmətə hesablanmış işçi qrupunun elmi-informativ dünyagörüşü, yüksək səviyyəli peşəkarlıq və strateji uzaqgörənliklə mükəmməl idarəetmə bacarığı dayanır.

Müasir dövrün kitabxanaçıları ilk növbədə sistemli elmi analiz, ekspert funksiyalarını yerinə yetirmək bacarığına, cəlbedici və səmərəli informativ ideya məntiqinə sahib olmalıdırlar. Hazırda islahatların reallaşmasının davam etdiyi MEK-də Azərbaycan elminə, ziyalılarına xidmətə interaktiv və ünsiyyətli, təşəbbüskarlıqlı peşəkar kadr potensialı cəlb edilir.

Bu yaşadığımız sevincli və kədərli, qələbə intizarlı günlərdə Azərbaycanın Ali Baş komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimiz Ermənistanın hərbi təcavüzünün qarşısını almaqda, Qarabağımızı azad etməkdədir. Bu, bir Vətən müharibəsidir və qələbə Qarabağ torpağının əsil sahiblərinin:- bizimdir!. Ali Baş Komandan İlham Əliyevin Qarabağ Azərbaycandır! qətiyyəti bu gün bütün qlobal informasiya kanallarından dünyaya səslənir. Bu adi bir nida cümləsi deyil, vətənpərvərlik, vətəndaşlıq, Vətən sevgisi, təcavüzə qarşı barışmazlıq, qəhrəmanlıq, şücaət çağırışıdır. Bu çağırışa Mərkəzi Elmi Kitabaxana da öz fəaliyyəti və yaratdığı informativ resurslarla, “Qarabağ Azərbaycandır!” adlı yeni layihəsi ilə qoşulur.

Bildiyimiz kimi Azərbaycan kitabxana-informasiya mühitində Qarabağla bağlı informasiya resurslarının müxtəlif aspektdə biblioqrafik siyahıları, xronikal salnamələri, göstərciləri və s. ənənəvi və elektron formatda istifadəçilərə təqdim edilmişdir. Lakin Qarabağı elmi biliklər sisteminin bütün parametrlərində əhatə edən və ciddi elmi nəşrləri, materialları, rəsmi sənədləri, bəyənnamələri, foto və video-resursları və s. əhatə edən, başqa sözlə desək Qarabağla bağlı hər suallara, sorğuya dəqiq və ciddi elmi material təqdim edə biləcək bir mərkəzə ehtiyac var idi. Bu məqsədlə, nəinki Azərbaycan, eləcə də dünyanın bir çox alimlərinin müxtəlif dillərdə Qarabağ haqqında erməni saxtakarlığını təkzib edən elmi əsərlərinin tammətnli elektron məlumat bazası və onun əsasında informasiyanın təbliği və mübadiləsi sistemini təqdim edən mərkəz yaradılmışdır. MEK-in təqdim etdiyi “Qarabağ Azərbaycandır!” – tammətnli elektron məlumat bazası kitabxananın malik olduğu və əldə etdiyi informasiya resursları əsasında tərtib edilmişdir. Hazırda bu barədə AMEA-nın elmi-tədqiqat institutlarına müraciət edilmiş, alimlərimizin elmi tədqiqatları, yaradıcılıq məhsulları toplanılaraq müvafiq şöbələrdə işlənilir və bazaya əlavə edilir.

Onu da qeyd edək ki, MEK-də tətbiq edilən İRBİS-64 AKİS məlumat bazası üzrə biblioqrafik təsvir və mətn sənədləri arasında əlaqəni tənzimləmək iqtidarındadır. Bu o deməkdir ki, e-kataloqda biblioqrafik təsvirdən bir başa Məlumat bazasının tam mətninə keçid alınacaqdır. İRBİS 64 məlumat bazası mexanizmlərinin istifadəsini indeksləşdirmə ilə birləşdirməyə imkan verir.

Elmlərin təsnifatı sisteminə görə tərtib edilən bazanın Qarabağın tarixi, əhalisi, coğrafiyası, arxeologiyası, etnoqrafiyası, ekologiyası, yeraltı və yerüstü sərvətləri, flora və faunası, geologiyası bölmələri vardır. Milli informasiya ehtiyatının qorunması, inkişafı və səmərəli istifadəsi ümummilli olduğu qədər də ümumbəşəri əhəmiyyətli bir vəzifədir. “Qarabağ Azərbaycandır!” – tammətnli elektron məlumat bazasının bu mənada Azərbaycanın Qarabağ yaddaşı olacağına çalışacağıq. Qarabağlı alimlərindən, sənət adamlarından, ədəbi şəxsiyyətlərdən tutmuş bu gün Qarabağ uğrunda gedən döyüşlərdə vuruşan, şəhid olan hərbçilərimizə qədər, çalışırıq ki, heç nə yaddan çıxmasın, heç nə unudulmasın. Çünki Qarabağ uğrunda döyüşlər hərb tariximizə də yeni bir səhifə açdı. Dünya siyasətində Azərbaycanın mövqeyi Ali Baş komandan İlham Əliyevin simasında qətiyyətlə bildirildi, başda Türkiyə olmaqla Azərbaycanın səsinə səs verən ölkələrin, xarici diplomatların, elm və sənət adamlarının mövqeyini ortaya qoyan informasiya resursları da diqqət mərkəzimizdədir. Pandemiya dövrünün məhdudiyyətlərinə baxmayarq baza üzərində çalışan biblioqraflarımız çoxşaxəli rejimdə işə davam etməkdədirlər. “Qarabağ Azərbaycandır!”- bu qələbəyə köklənmiş Vətənin səsidir. Biz kitabxanaçların vətəndaşlıq borcu isə bu səsə, bu haraya informativ xidmət göstərməkdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TƏHSİL
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə