Təqvim
Gülağa Tənha Düşmənin vay halına...
22 oktyabr 2020 - 10:49

Xeyriyyəçi - şair Gülağa Tənhanın “Vay halına”, “Ümid” və “Vaxtıdır” şeirlərini könüllərin vətənpərvər ruha köklənməsi naminə təqdim edirik! Müharibənin 26 – ci günüdür...

 


VAY HALINA

 

Yarpaqları saralan
Budağın vay halına.
Piltəsi yağsız qalan
Çırağın vay halına.
Dərdi, qəmi atmayan,
Sevinci oyatmayan,
Sabahlara çatmayan
Sorağın vay halına.
Daşı yaraq deyilsə,
Dağı oyaq deyilsə,
Qayası dağ deyilsə,
Torpağın vay halına…
May, 2001

 



ÜMİD

 

Bir ilıq baxışdan, gülümsər üzdən,
İlahi nur kimi alışar ümid.
Təsəlli olası bir şirin sözdən,
Ulduzlar sayağı sayrışar ümid.
Bizi gecə-gündüz sınayır həyat,
Ömürlə,
bəxt ilə oynayır həyat.
Ruhdan düşənləri qınayır həyat,
Dar gündə könülə nur saçar ümid.
Ölümdən güclüdü, həyat eşqidi,
Göylərə uçmağa qanad eşqidi,
Əbədi qalmağa inad eşqidi,
Yaşayar,
sabaha yol açar ümid.

 


VAXTIDI

 

 

Dəli könül, alovlanma,
Bulaqların buz vaxtıdı.
Sevən yarın gülən günü,
İlqarının düz vaxtıdı.
Çayların çağlayan çağı,
Buludun ağlayan çağı,
Bülbülün dağlayan çağı,
Bənövşənin qız vaxtıdı.
Çəmənlikdə qalsın izin,
Gəzmə, sürün dizin-dizin,
Xoşdu qoxusu nərgizin,
Qoxla, qopart, üz, vaxtıdı.
Yanaqları allı gedir,
Gözəl yaman hallı gedir,
Dağlara bax, yallı gedir,
Durma, sındır, süz, vaxtıdı.
Zirvələr qəmə bürünür,
Duman yamacda sürünür,
Lalənin qanı görünür,
Qoy sevinsin göz, vaxtıdı.
Deyilənlər gəldi başa,
Baxma ilə, baxma yaşa.
Ürək deyir hələ yaşa,
Əlli nədi, yüz vaxtıdı.
Salma çətinə ürəyi,
Sevindir arzu-diləyi,
Həsrət qoyma sən mələyi,
Deyiləsi söz vaxtıdı.

 

Gülağa Tənha

 

 

 

 

 

 

 

26 – cı gün!


Oğru da qaçanda Allah deyib, qaçır!

Bir dəfə televiziya üçün kamera arxasında dayanıb oğurluq üstündə məhkum olunan birindən törətdiyi cinayət haqqında geniş müsahibə alanda, ağlıma belə bir sual gəldi, soruşdum: Oğurluğa gedədə heç Allah yadına düşür? Demişdi: “Əlbəttə. Hər oğurluqdan qabaq Allaha dua edirik ki, bizi kimsə görməsin, tutulmayaq. İşdi görən olanda da Allah deyib qaçırıq...” - Bu söhbət niyə yadıma düşdü? Qondarma Dağlıq Qarabağın “prezidenti” Araik Aratyunyan bütün kilsələrə onların qələbəsi üçün dua etmələrini istəyib. Biz, yəni Azərbaycan xalqı eləbir xalqdır ki, bütün dinlərə, millətlərə hörmətlə yanaşırıq. Çox şaxəli cəhətlərinə görə dünyanın ideal ölkəsi kimi də nümunə göstərmək olar. Bizim o qədər yüksək keyfiyyətlərimiz var ki, bunu bilən düşmən daim bizi digər dövlətlərin qarşısında nüfuzdan salmağa çalışıb. Bəzi məqamlarda hiylələri də baş tutubdur. Bunlara baxmayaraq şaxələnən və inkişafda olan Azərbaycan daim bu addımları duyub, bilib, gedişatlara səbrlə yanaşıb... Bu gün müharibənin 26 – cı günüdür. Səhər saatlarında düşmən bu dəfə Qəbələ, Kürdəmir, Siyəzən rayonuna “Skad” ballestik taktiki raket ilə atəş açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə zamanı jurnalisti sualların içində belə bir məsələyə də toxundu:

 


- Jurnalist: Yaponiya şirkətləri Azərbaycanın neft kəməri layihələrinə qoşulub. Onlar burada investordur. Sizin kəmərlərin təhlükəsizliyi ilə bağlı narahatlığınız varmı? Bu yaxınlarda, bu il ərzində açılması planlaşdırılan TAP kəmərinin təxirə salınması riski varmı?

 

- Prezident İlham Əliyev: Xeyr, TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir. Bu, artıq edilib. TAP-ın rəsmi açılışı ola bilsin ki, ayların deyil, əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Bizim digər kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana bizdə heç bir hadisə baş verməyib. Bizim kəmərlərimiz bizim ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, biz Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıb. Ona görə də, Ermənistan rəhbərliyi bu cür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər.

 


Prezidentin müsahibəsinin bu hissəsini qeyd edəndə erməniləri dama oyununda uduzan tərəf kimi daşlarının vurulması üçün bilə - bilə qarşı tərəfə qoymasını xatırladır. Bəli, bugünkü müharibə şaxmatdan daha çox dama oyununa bənzəyir, ən azı qarşı tərəfin addımları bunu göstərir. Bizim Ermənistanla oyun oynamağa vaxtımız yoxdu, odur ki, qarşımıza qoyduğumuz məqsədə doğru irəlləyib, iqtisadiyyatımızı, dövlətimizi, bütövlükdə Azərbaycanımızı möhkəmlətməyə can atırıq və bu məqsədə doğru da gedirik. Gələcək nəsil üçün bunu da qeyd edim ki, cənab Prezident İlham Əliyev illərlə, Ermənistan hakimiyyətinə işğalda olan torpaqlarımızı sülh yoluyla azad etdiklərində yaşayışlarının yaxşılaşdırmalarına aid illər öncə də məsləhətlər, təkliflər vermişdir. O qədər kənarlardan gəlmə pullara öyrəşiblər ki, dərk etmirlər ki, hər bir ölkənin özünün sənaye sektoru olmalıdır. Kəlbəcərimizin qızıl yataqlarından əldə etdikləri gəlirləri də bizə, doğma sahiblərinə qayıdacaqdır. Sonra? Hər vəziyyətdə özlərini quru çıxartmağa cəhd göstərən Ermənistan hakimiyyəti bəlkə, elə yerili dibli uduzmağı gözləyir ki, sonra ermənipərəst ölkələr onlara təmannasız yardımlar etsin. Onsuz da iqtisadiyyatları aşağı səviyyədədir. Deməyim odur ki, sabah eşitsəniz ki Paşiyan deyir: “Biz bilərəkdən uzuduruq, bu, bizim taktiki gedişatımızdı!” təəccüblənməyin...
Bu məqamda da canlı yayımda Müdafiə Nazirimizin mətbuat katibi Anar Eyvazov brifinqdə cənab Prezidentimizin “Tvitter” də yazdığı qeydləri səsləndirir:
- Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad edilib.

 

Cəbhə boyu qızğın döyüşlər gedir... 22.10.2020

 


Hazırladı: Ağa M. A

 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #Qarabağ #şeir #sheir

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə