Təqvim
SOCAR Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərə qaz xəttləri çəkir
23 oktyabr 2020 - 19:05

Oktyabrın 21-də Gürcüstanın Kvemo-Kartli regionunda azərbaycanlıların kompakt şəkildə yaşadığı İlməzli kəndinə SOCAR Georgia Gas MMC tərəfindən çəkiləcək qazpaylayıcı xəttin əsası qoyulmuşdur. Təməlqoyma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Kvemo-Kartlinin qubernatoru Şota Rekviaşvili, Marneuli şəhərinin meri Zaur Darğallı, Gürcüstanın iqtisadi inkişaf nazirinin müavini David Tvalabeişvili iştirak etmişlər. Mərasimdə qeyd olunmuşdur ki, SOCAR-ın sərmayəsi ilə tikiləcək 13.145 metrlik şəbəkə bir sıra yaxın yaşayış məntəqələrini əhatə edəcək və potensial olaraq 227 abonentin təbii qazla təminatı üçün imkan yaradacaqdır. SOCAR Georgia Gas MMC 2020-ci il ərzində 13-ü Kvemo-Kartlidə, 2-si Msxeta-Mtianetidə olmaqla 15 yaşayış məntəqəsində qazpaylayıcı şəbəkənin tikntisini tamamlamağı planlaşdırır. Ümumi uzunluğu 129 kilometr olacaq bu şəbəkənin tikintisi başa çatdırıldıqdan sonra daha 2483 potensial abonent qazla təmin olunacaqdır.
 

Gürcüstan əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan Marneuli bələdiyyəsində bu vaxtadək 26 247 abonenti əhatə edən 784 kilometr uzunluğunda qaz kəməri çəkilmişdir. Azərbaycanlıların yaşadığı bu məntəqələrə qaz xətti əsasən SOCAR-ın sərmayəsi ilə inşa olunur. 78 yaşayış məntəqəsindən 60-ı artıq qazlaşdırılmışdır. Plana uyğun olaraq, 2020-ci ildə daha 7 kənddə 1111 abonent üçün ümumi uzunluğu 7,3 kilometr olan qaz kəmərləri çəkilir. Marneuli üzrə qazlaşdırmanın səviyyəsi 80,2% təşkil edir.
 

SOCAR-ın prezidenti daha sonra Dmanisi bələdiyyəsində azərbaycanlılar yaşayan Yırğançay kəndinə qaz təchizatının başlanması mərasimində iştirak etmişdir. Mərasimdə həmçinin Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, Kvemo-Kartli regionunun qubernatoru Şota Rexviaşvili və digər rəsmi şəxslər iştirak etmişlər. Yırğançay kəndinin qazlaşdırılması nəticəsində 496 yeni abonentin qaz şəbəkəsinə qoşulmasına şərait yaradılmışdır.
 

Məlumat verilmişdir ki, Dmanisi bələdiyyəsində ümumilikdə 295 kilometr uzunluğunda qaz boru kəməri inşa edilmiş, 7 029 abonentin qaz şəbəkəsinə qoşulmasına şərait yaradılmışdır. 2020-ci ildə burada daha iki kəndin qazlaşdırılması planlaşdırılır. Dmanisi bələdiyyəsi üzrə ümumi qazlaşdırma səviyyəsi 83,1% təşkil edir.
 

Ümumiyyətlə, bu ilin sentyabrın 1-ə olan məlumata görə, SOCAR tərəfindən bütün Gürcüstan üzrə 10 297 kilometrdən artıq qaz kəməri çəkilmiş və 306 504 abonent qazlaşdırılmışdır. 2020-ci il üçün 15 yaşayış məntəqəsində 2483 potensial abonenti əhatə edəcək 128,9 kilometrlik qaz şəbəkəsinin çəkilişi planlaşdırılıb. SOCAR bu ölkədə ümumilikdə 24 300 kilometrlik qazpaylayıcı şəbəkənin operatorluğunu həyata keçirir və 742 000-dən çox abonenti təbii qazla təmin edir. Şirkətin xidmət arealında qazlaşdırmanın səviyyəsi 76,9% təşkil edir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Aqrar
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə