Təqvim
İşğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımızın yanacaq
22 oktyabr 2020 - 12:58

“Azərenerji” ASC işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksək gərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır. İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik xətlərinin çəkilməsi nəzərdə tutulub.


Paralel olaraq “Azərişıq” ASC də,  35 kV-luq yarımstansiyaların tikməsi ilə bağlı əlaqəli layihələndirmə işləri aparılır. Tikiləcək yarımstansiya və xətlər üçün avadanlıqlarla təchizat və başqa sahələr üzrə işlər görülür. Yarımstansiyalarda o cümlədən yüksək gərginlikli xətlərdə işlərin ilkin olaraq sürətlə görülməsi və bundan sonra şəhərsalma işləri aparılan zaman paylayıcı elektrik şəbəkəsinin yaradılması planlaşdırılır. Ümumilikdə isə yuxarıda göstərilən 4 rayondan başqa işğaldan azad ediləcək bütün ərazilərimizdəki rayonların elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirilmə işləri ən sürətli şəkildə aparılır. Məqsəd işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik enerjisi ilə təmin etməkdir. Beləliklə, işğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımızın yanacaq. Hazırda “Azərenerji” və “Azərişıq” bütün personalıyla Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “işə başlayın” əmrini gözləyirlər.

Qarabağ Azərbaycandır!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Aqrar
Gülağa Tənha Növbəti özül tökmə10:21, 07 fevral 2021
Gülağa Tənha Məhz dediyi vaxta tikinti işlərini yekunlaşdırıb, binanı təhvil verdi!10:13, 06 fevral 2021
Gülağa Tənha Katarsis10:06, 05 fevral 2021
Gülağa Tənha Təskinlik10:26, 02 fevral 2021
Gülağa Tənha Keçmişdən bir günü geri qaytarmaq mümkün olsaydı...10:21, 01 fevral 2021
Gülağa Tənha Olmuş hadisə və mükafat!10:15, 31 yanvar 2021
Gülağa Tənha Hənifə bulağından su içmişəm...10:13, 30 yanvar 2021
Gülağa Tənha Xəmsənin sirri10:09, 29 yanvar 2021
Gülağa Tənha Köməklik göstərməyin mənası10:02, 28 yanvar 2021
Gülağa Tənhanın Məktəbləri ziyarət etməsi10:58, 27 yanvar 2021
Gülağa Tənha Sən varsan gecəm də gündüz kimidir...10:59, 26 yanvar 2021
Gülağa Tənha Mövsümün nəbzi...10:53, 25 yanvar 2021
Gülağa Tənha “Unutma ki sənin burada Şəfiqə adlı anan var!”10:50, 24 yanvar 2021
Gülağa Tənha Şəfiqə Axundovanın 80 illik yubileyindən xatirə10:31, 23 yanvar 2021
Gülağa Tənhaya şeir həsr etdilər10:25, 22 yanvar 2021
Gülağa Tənha xeyriyyəçilik etməyinin səbəbi məlum oldu10:19, 21 yanvar 2021
Gülağa Tənha Keçmişi unutmaq olmaz!12:35, 19 yanvar 2021
Gülağa Tənha "Cavab beş" müsahibəsi13:21, 18 yanvar 2021
“ASAN xidmət”dən Qələbəni bizə yaşadanlar üçün xüsusi xidmət 22:25, 17 yanvar 2021
BDU-nun jurnalistika fakültəsinin tələbəsi Əsgər İsmayılov yazır: Xatirimizdə "Yaddaş muzeyi" olaraq yaşayacaq şəkil... 22:11, 17 yanvar 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə