Təqvim
Gülağa Tənha Tanımasa gül əkərik bağrına...
18 oktyabr 2020 - 18:06

Xeyriyyəçi – şair Gülağa Tənhanın “Tanımasa” şeirinin təqdim edirik! Müharibənin 22 — ci günü...


TANIMASA

 


Yaşdan, ömürdən küsək
İl bizi tanımasa.
Əzək, varsa daş-kəsək,
Yol bizi tanımasa.
Baxmayın hay-haraya,
Necə keçək o taya?
Körpü salaq araya
Sel bizi tanımasa.
Unutma din-imanı,
Yaxın qoyma gümanı.
Qəm-kədər alar canı,
El bizi tanımasa.
Mart, 1983

 

 

 

 

 

 

 

Müharibənin 22 – ci günü. 18.10.2020

 

Vətən bizi tanımasa, Azan verərik beş vaxtı,
Vətən bizi tanımasa güllər, çiçəklər əkərik...

 

 

Müharibənin 22 – ci günü Cəbrayılda yerləşən qədim Xudafərin körpüsü erməni işğalından azad olunaraq, üzərində Azərbaycan bayrağı dalğalanır. 18 oktyabr onbeş güşəsiylə Araz çayını üzərində dayanış körpünün tam bizim olması Azərbaycanın 1991 - ci ildən bu yana Müstəqillik qazandığı bir gündə azad olması həm də ilahi sinvolik məna daşıyır. Axı biz şərqlilər hər hadisəyə bir mistik işarə nəxş etməyi sevirik. Diləyirik ki, Azərbaycanın daha da inkişaf etməsi üçün bütün qarşısı alınmış yollar, körpülər azad olunsun! Bu bayram günündə dünən gecədən hamı hissə qapılı “Zəfər” xəbərini gözləyirdi. Sosial şəbəkələrdə, küçələrdə, qohum - tanışlar arasında söhbət gəzirdi ki, bu gün tarixə tam qələbəylə yazılacaq. Amma müharibənin öz dili, öz yolu və ssenarisi vardır. Gedişatda tələsmək olmaz, bu işlər hisslərlə deyil, ağılla görülür. Bunları bilsək də biz də hamı kimi bir nəfər kimi gözümüzü xəbərlərdən çəkmədən şad xəbər gözlədik. Beləcə, Xudafərinin azad olması cənab Prezident tərəfindən qeyd edildi. 
Torpağın müqəddəsliyindən danışmışdıq, tanıyacaqmı bizi o bağ? Tanıyacaqlarmı bizi körpülər? Nə dəyişdi? Bu illər ərzində kim idik? İndi kim olduq? Biz bundan sonra kim olmalıyıq?... Döyüşçülərimizin azad etdikləri yüksəkliklərdə dayanıb, zarafatlaşmaları dünyanın ən gözəl filmlərindən də təsirli və dəyərlidir. Bəli, bu illər ərzində biz Vətəni nə qədər sevdiyimizi anladıq, əks etdirdik. Bu fikiri nə qədər təkrar etsək, azdır, çünki bu döyüşün məğzi, mahiyyəti başdan ayağa sevgimiz oldu, Vətən sevgisi! 
Gecə yenidən müvəqqəti humanitar atəşkəs elən olunmasına baxmayaraq ermənilər həmişəki kimi atəşkəs rejimini pozdu, Tərtər daim atəş altındadı, Xızıya atılan raket isə havada bizimkilər tərəfindən zərərsizləşdirildi. Xaricdə həm bizimkilər, həm də ermənilər tərəfindən aksiyalar keçirilir... Avropa, Amerika bir qədər özlərini elə aparırlar ki, güya bizi tanımırlar. Bizə olunanlar ermənilərə olsaydı dünyanın hər yeri bu dəqiqə, durmadan, bar-bar bağırırdı. Əslində, Azərbaycan bu proseslərin nəticəsində bundan sonra daim öz gücünə və sınaqdan çıxmış dostlarına inanacaq və bu inam bizə özünə məxsus inkişaf üçün təkanı olacaqdır!

 

 

 


#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #Qarabağ #şeir #sheir

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə