Təqvim
PrevNext
BB.e.Ç.aÇC.aCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
Erməni əsgərdən ETİRAF: İtkimiz minlərlədir...
08 oktyabr 2020 - 14:46

 “Onlar - Ermənistan hakimiyyəti insanları aldadır! Onlar 18 yaşlı əsgərləri təkcə avtomatla cəbhəyə yollayıblar. Deyirlər ki, “bağışlayın, güllə yoxdur, bağışlayın, tank yoxdur”. Güllə keçirməyən gödəkçələr tamamilə yararsızdır. Orada heç nə yoxdur. Yemək daşıyan maşın hər şeyi yola boşaldır və əgər yemək istəyirsənsə “Qrad”lar altında 4 kilometr getməlisən. Biz 8 dost 4 gecə ərzində gedirdik və bütün dörd xətt üçün yeməyi öz çiynimizdə daşıyırdıq”, - deyə milliyətcə erməni olan fransız əsgər Artur Ohanisyan Dağlıq Qarabağda "Novaya Gazeta”nın müxbirinə danışıb.

 

“Novaya Gazeta”nın müxbiri onu ayaqlarında başmaq, başında qara papaq və gödəkçəsinin yaxasında qumbara olan biri kimi təsvir edir.

 

- Necə oldu ki, cəbhəyə düşdünüz? - jurnalist aydınlaşdırır.

- Sadəcə gəldim, hətta heç bir sənəd də yoxdur, avtomat aldım və irəli. Orada iki qardaşım var idi və onların ardınca getdim və qaldım. Fransa vətəndaşıyam, iki həftə əvvəl oradan gəlmişəm. Bu insana qarşı müharibə deyil, təyyarələrə, “Qrad”a qarşı müharibədir.

“Dünən Hadrutda (Qarabağdakı bütün müharibə günlərində ağır bombardman edilən şəhər) olduq, zabitlər gəlib komandirin mühakimə olunacağını söylədilər. O, bir neçə gün əvvəl gecə bütün gəncləri toplayıb və Cəbrayıldan getmələrini söyləyib. Yuxarıdan gələn əmrlərə tabe olmayıb. O, özü deyib ki: "Bunlar uşaqdır, on gündür çağırılıblar, ancaq onlara silah verilir". Nə edirsiniz? Bu uşaq hara gedəcək? Yaxşı, mən xidmət keçmişəm, ancaq hətta bu xidmət orada kömək etməyəcək. Aviasiya və artilleriyaya qarşı avtomat. Mən orada yaşayan bir cəsəd kimiyəm”, - Artur deyir.

Rusiya nəşrinin müxbirinin verdiyi məlumata görə, fransız muzdlu əsgər işğalçıların hərbi komandanlığından və Ermənistan rəhbərliyindən açıq şəkildə narazı olub.

“Orada hər şey çox pisdir. Biz Cəbrayılda birinci xətdən gəldik”, - deyə Arturun dostu söhbətə daxil olur.

“Hakimiyyət itkilərin 200-ə yaxın olduğunu bildirir. Ancaq 200 nəfər gözümün önündə, bizim xətdə öldü! Orda ümumilikdə minlərlə ölü var!”, - Arthur əminliklə bildirib.

- Ermənistanda deyirlər ki, bizdə hakimiyyətin başında çox pis insanlar oturub: “Cəbrayıl, irəli”, ancaq artıq ora yoxdur”, - sadə cins və kamuflyaj gödəkçədə olan daha bir könüllü əlavə edir.

“Bu müharibəyə baxıb anladım ki, əgər bu cür döyüşsək, hər şeyi verəcəyik. Azərbaycan Laçını qaytarmaq istəyir, ancaq onlar o qədər cəsarətlidirlər ki, hətta Ermənistana da gələ bilərlər”, - Artur deyib.Publika.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ, QHT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə