Təqvim
İşğaldan azad edilmiş ərazidən təxliyə olunmuş erməni qadın: “Azərbaycanda mənimlə çox yaxşı rəftar etdilər”
07 oktyabr 2020 - 14:16

Bu gün xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan mətbuat konfransı keçirib.


Trend-in məlumatına görə, mətbuat konfransında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva məlumat verib ki, Aznif Baqdasaryan Düşənbədə anadan olub, onun nənəsi Bakıda yaşayıb və o da hər yay Bakıya nənəsinin yanına gəlib.


A.Sofiyeva deyib ki, onunla söhbətdə Aznif Baqdasaryana da bildirilib ki, Azərbaycan xalqının erməni xalqı ilə heç bir işi yoxdur, sadəcə, məqsəd işğal altında olan torpaqlarımızı azad etməkdir:

“Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan Ordusunun dinc əhali ilə heç bir işi yoxdur”.


A.Baqdasaryan isə “Mənim üçün pis xalq və pis insan olmayıb. Biz də müharibə istəmirik. Biz də övladlarımızın yetim, evsiz qalmasını istəmirik. Sovet İttifaqında olduğu kimi bir yerdə yaşamaq istəyirik. Biz, əsasən, sülhpərvər əhaliyik. Bombalardan mülki insanlar əziyyət çəkir. Onlardan biri də mənəm. Bomba zərbəsi zamanı huşumu itirmişdim, ayılanda gördüm ki, təkcəyəm, heç kim qalmayıb. 3 sutka ərzində mağazada kimsəsiz, tək qaldım. Məni hər haman qorxudurdular ki, azərbaycanlıların əlinə düşsəm, öldürüləcəyəm. Ona görə qorxurdum. Ancaq tam əksinə oldu, mənimlə çox yaxşı rəftar etdilər”, deyib.


A.Baqdasaryan iki xalqın uzun müddət dostluq şəraitində yaşadığını vurğulayıb: “Biz yüz illərlə müharibə aparmalı deyilik. İstəmirik ki, analar uşaqlarının ölümünə ağlasın, uşaqlar isə yetim qalsın”.


A.Baqdasaryan Azərbaycanda mülki şəxs kimi ona isti münasibət göstərildiyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də onunla mehriban davranıldığını söyləyib: “Mənə xoş xatirələrimin olduğu Bakını göstərdilər, nənəmgilin yaşadığı evi göstərdilər. Çay içdik, qutab, paxlava yedik. Sizin qutab, paxlava mənim xoşuma gəlir, dünyanın ən yaxşı qutab və paxlavası sizindir. İki xalqın yenə dostluq və sülh şəraitində yaşamasını istəyirəm”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə