Xeyriyyəçi-şair Gülağa Tənhanın Azərbaycan torpaqları uğrunda döyüşərkən şəhid olmuş döyüşçülərimizin əziz xatirəsinə həsr ediyi şeiri təqdim edirik. Gülağa Tənha "ŞƏHİDİM, KEÇ GÜNAHIMDAN" Analar gözündə yaşa dönübsə, Güllə paralamış qaşa dönübsə, İndi özü boyda daşa dönübsə, Şəhidlər keçərmi günahımızdan? Hər naləyə görə, hər aha görə, Yollarda ləngiyən sabaha görə, Zamanın etdiyi günaha görə Şəhidlər keçərmi günahımızdan? Qarabağ göynəyir, ağılar deyir, «Od salıb canıma yağılar» – deyir, «Ləngimə, tifaqım dağılar!» – deyir; Şəhidlər keçərmi günahımızdan? Yada salammıram nəyi, nələri, Ocaqlar söndürüb yol kəsənləri… Dara çəkəmmirəm biganələri, Şəhidlər keçərmi günahımızdan? Qara bulud aldı göyün üzünü, Sipər edəmmədik qeyrət sözünü… «Şur»la sevindirsək Cıdır düzünü, Şəhidlər keçəcək günahımızdan!.. Moskva, 20 yanvar, 2006 11.10.2020 Müharibənin 15 ci günü humanitar atəşkəs elan olunsa da hal hazırda düşmən Ağdam, Tərtər, Ağcəbədi, Füzuli kəndlərini atəşə tutur. Gecə isə insanlıq əlehinə cinayət baş verib. Ermənistan gecə saat 02:00 radələrində Gəncəyə növbəti raket atəşi açaraq çoxmənzilli yaşayış binasını dağıdıb. Nəticədə 9 nəfər həlak, 40 – a yaxın insan isə ağır yaralanıb. Yaralananların içində körpə uşaqlar da vardır. Bütün mətbuat, media işçiləri onların bu addımını qınayır və təəccüb etdiklərini söyləyirlər. Amma nahaq, xislət dəyişməzdir, odurki, dümənə qarşı “Biz gözləmirdik” - deməkdən keçib. Xocalını törədən qüvvədən nə gözləmək olar? Bu gün biz yenə də beynəlxaql hüququ, dinc əhalini düşünüb, nəzərə alırıq. Müharibə edəndə də adımızın təmiz qalmasını düşünürük. Bu günə ən təsir edən məqamlardan biri isə, digər ölkələrin gecə atılan bombaya göz yummasıdır. Yerli insanların küçələrdə müzakirəsi budur ki, “...biz əgər belə etsəydik bütün dünya bu dəqiqə gəlmişdir bizim üzərimizə.” Keçən gün bu barədə danışmışdıq, elə Ermənistan da bunu istəyir, əli hər yerdən üzülən düşmən səbrimizi qırıb, onlara cavab verməyimizi istəyir. O da çırmalanıb, simulasiya eləsin. Dünən10 saatlıq görüşdən sonra Gəncədə baş vermiş bu hadisə digər tərəfdən Rusiyanı pis vəziyyətdə qoyur. Axı onlar atəşkəs olmasına imza atmışdılar və bu Rusiyada aparılan danışıqlara hörmətsizlikdir. Gələcək nəsil adama qayıdıb deyər ki, terrorçuluqla qurulan bir ölkədən hansı humanizm gözləyirdiniz?! Qarabağ Azərbaycanındır! #Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyri]yyeci #mahnı #Qarabağ
Bütün hüquqlar qorunur © 2025