Təqvim
Gülağa Tənha Külüngə vurulan zərbə
03 oktyabr 2020 - 17:20

Cəbhədə qızğın döyüşlər getdiyi bir məqamda biz də mətbuat sahəsində Vətənimizə, dövlətimizə daim dəstək olaraq hamımız bir nəfər kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşib, hərə öz sahəsində fəaliyyəti ilə bir nidaya külüng vurmaqdadır!

Bu gün hər kəs cəbhəyə edəbiləcəyi dəstəyi göstərməkdədir. Ən vacblərdən biri də  ruh yüksəkliyidir ki, o da vardır! Xeyriyyəçi-şair Gülağa Tənhanın növbəti vətənpərvərlik mövzusunda tanınan “Vətədaş olaq” şeirini təqdim edirik!

 



Gülağa Tənha VƏTƏNDAŞ OLAQ!..

 


Dil açıb Vətənə ana demişəm,
Vətənim – anamdı, anam – Vətəndi!
Udduğum havadı, içdiyim sudu,
Damarımda axan qanım – Vətəndi!
Yurda bağlananın, yurddaş olanın
Ocağı – Vətəndi, közü – Vətəndi!
Vətəndi bulağı, qayası, daşı,
Çəməni – Vətəndi, düzü – Vətəndi!
Canında-qanında od olmayanın,
Fikri, düşüncəsi qəpiyə dəyməz.
Vətənin adına ad olmayanın
Vətənsiz yaşamaq qəddini əyməz.
Gəl Vətən naminə yanaq, yaxılaq,
Bir bədən üstündə ayıq baş olaq.
Demirəm ucalaq uca göylərə,
Çölündə, düzündə qara daş olaq…
Vətəndaş olaq!
Vətəndaş olaq!





#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyri]yyeci #mahnı #Qarabağ #şeir #sheir

https://m.youtube.com/watch?v=BYI5KcVKgAM&t=4s
Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə