Təqvim
Gülağa Tənha Erməni gördüyü hər şeyə deyir mənimdir
02 oktyabr 2020 - 16:10

Tanınmış xeyriyyəçi – şairi Gülağa Tənhanın növbəti vətənpərvər şeirini təqdim edirik! Diləyirik ki, qəlbiniz daim Vətən eşqi ilə döyünsün!

 

Gülağa Tənha "VƏTƏN DAŞIYIQ…"

 

Qənim kəsilərik günün birində,
Baş altda daş qoyub baş qatanlara.
Bağrına daş basıb illərdən bəri
Millətin yoluna daş atanlara.

 

Başımız üstündə Tanrının səsi:
«Kükrəsin çeşmələr, çalxansın dəniz!».
Qar qara torpağı ağartdığıtək
Elə ağardarıq qara daşları
Günlərin birində Qarabağda biz!

 

Şəri boğazından çəkərik dara,
Quruyar gözlərin axan yaşları.
Bir-bir sarmanaraq al sabahlara
Qalaya dönəcək Vətən daşları.

 

Hər qala bir inam səngəri olar,
Xalq ömür yaşayar arzu-kam ilə!
Anam Qarabağda günün birində
Bir tonqal çatarıq ehtişam ilə!

 

Günü xoş gələcək xalqın, millətin
Torpaqdan cücərən, bitən daşıyıq.
Göyündən buludlar dağılar, Vətən,
Ruhu Vətən olan vətən daşıyıq!..
 

 

             Ermənistan nəhayət bilib, dərk etməlidir ki, Qarabağ Azərbaycanındır və həmişə də Azərbaycanın olub. Onların torpaq iddiası, layiq olduqları bənzətməni  etsək, ortaya bir qrup kimsəsiz olan, daim istifadə üçün düşünülmüş təbliğatlara məruz qalmış toplum ortaya çıxır və bu toplum genetik olaraq olduqca acdır. Gördüyü nə varsa deyir mənimdir! Utanmadan, qızarmadan iddia edir ki, mənimdir! Bunu görən ağıllı qonşular, elə biz özümüz də heyrət edərək təəccüb edirik. Bir qədər başqacür bənzətmə də etsək sanki, bunlara kimsə bir vaxt aldadaraq deyib: Sənin valideyinlərin var, göstəriblə o dee!... Onlar da inanıb,  İndi onlar bu yalana o qədər inanıblar ki, reallığı qəbul edəbilmirlər. Odur ki, göz yaşı töküb dünyaya ay – haray edərək, car çəkirlər. Bir də görürsən gözləmədiyin biri, hər dildə başa salmaq istədiyin birinin əlindən tutub, deyir: Bu yetimi ağlatmayın! Kimin kim olduğu çətin məqamlarda daha qabarıq görünür. Allah adamı dost kimi görünüb, düşmən kimi hərəkət edən məxluqlardan qorusun! Amin!

 

 

Hazırladı: Ağa Məhəmməd Aman

 

 

#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyri]yyeci #mahnı #Qarabağ #şeir 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə