Təqvim
Suriya hərbçisi ailəsi ilə Qubadlıya köçürüldü: YENİ FAKTLAR
23 sentyabr 2020 - 09:47

Ermənistan hakimiyyəti bütün beynəlxalq qanunları pozaraq işğal altındakı Azərbaycan torpaqlarına köçürmə siyasətini nümayişkəranə şəkildə davam etdirir.

 

 Növbəti süni məskunlaşdırma faktı ermənilərin İşxanadzor adı verdikləri Qubadlı rayonunun Xanlıq kəndi ilə bağlıdır. Diaspor və Ermənistandan gələn xeyli ailənin məskunlaşdığı kəndə bu dəfə Suriyadan gələn erməni ailəsi yerləşdirilib. Suriya ordusunun sıralarında xidmət etmiş Hraç Qevorq, həyat yoldaşı və 5 yetkinlik yaşına çatmamış övladı (2 oğlu, 3 qızı) ilə 2016-cı ildə Ermənistana köç edib.

Dörd il Ermənistanda yaşadıqdan sonra o, Qarabağda süni məskunlaşdırma siyasətini koordinasiya edən Diasporla İş Üzrə Komissarlıq və Tufenkyan fondunun dəstəyi ilə Qarabağa köçürülüb. Avtomobil təmiri ilə məşğul olan Hraç Qevorq keçmiş hərbçi kimi işğal altındakı torpaqlarda baş tutacaq təlimlərə cəlb olunur, işğalçı erməni hərbçilərinə Suriya vətəndaş müharibəsində qazandığı təcrübəni bölüşür. Bu faktlar Ermənistan rəhbərliyinin Suriya və Livandan Qarabağa muzdlu döyüşçülər gətirməsi barədə rəsmi Bakının səsləndirdiyi ittihamların ciddi əsaslara malik olduğunu göstərir.

Məskunlaşdırma siyasəti ilə həm regionun demoqrafik xəritəsi dəyişdirilir, həm də əsgər çatışmazlığından əziyyət çəkən rəsmi Yerevan Qarabağa döyüş təcrübəsi olan hərbçilər yerləşdirir.

 

Ümumiyyətlə, Xanlıq kəndində 2003-сü ildə 211 erməni və xarici muzdlular məskunlaşdırılmışdısa, ötən 17 ildə intensiv köçürmə siyasəti burada məskunlaşanların sayını 800-ə qədər artırıb. Ərazi iqlim uyğunluğuna görə, Suriyadan köçürülən ermənilərin əsas yerləşdirildiyi yaşayış bölgəsidir. Hraç Qevorq kimi Suriya ordusunun sıralarında xidmət etmiş digər erməni Avetis Sanoyan da Azərbaycan torpaqlarında məskunlaşıb. Fermerliklə məşğul olsa da, o da hərbi təlimlər və məşqlər zamanı yerli birləşmələrə qatılır. Onun kimi adı məlum olan və olmayan yüzlərlə muzdlu döyüşçü hazırda Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarında və Azərbaycanla sərhəddə xidmət aparır.

 

Onu qeyd etmək lazımdır ki, 2002-2003-cü illərdən Ermənistan rəhbərliyi Qubadlı rayonunun Xanlıq kəndini Qarabağın cənubu üçün regional mərkəz seçib. Rəsmi Yerevanın Arazboyu Azərbaycan torplaqlarını, ilk növbədə Zəngilan və Qubadlı rayonlarını ermənişlədirmək, bölgənin zənginliklərini mənimsəmək siyasətində Xanlıq kəndinə böyük rol verilir. Təsadüfi deyil ki, 2022-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulan, Qarabağı Ermənistana birləşdirəcək və Avropa Birliyinin də tikintisinə etiraz etdiyi yeni yol Gorus rayonunun Xınzirək kəndindən məhz Qubadlı rayonunun Xanlıq kəndinə qədər çəkiləcək. 

Modern.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə