Təqvim
Kardioloq Dr.Tamilla Əliyeva “Mövsüm dəyişikliyi ilə bağlı xəstəliklərdən necə qorunaq?” sualını cavablandırıb
23 sentyabr 2020 - 09:42

“Həkim məsləhəti” rubrikasında Poliklinika rəisi, kardioloq Dr.Tamilla Əliyeva  “Mövsüm dəyişikliyi ilə bağlı xəstəliklərdən necə qorunaq?” sualını cavablandırıb.


Biz artıq yay fəslini yola salaraq payız fəslinə qədəm qoyuruq. Təbii ki, havalar soyumağa başlayır və fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişiklik¬lərin baş verməsinə səbəb olur. Ona görə də, fəsil dəyişkənliyində bəzi qaydalara əməl edərək sağlamlığımıza diqqət yetirməliyik.
Havalar soyuduqca bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma halları çoxalır.


Payız mövsümünün xarakterik xəstəliklərinə soyuqdəymə, badamcıqların iltihabı, faringit (boğaz iltihabı), sinuzit, bronxit və pnevmoniya aiddır. İqlim dəyişkənliyini insanlar çəkisindən, orqanizmin immunitet səviyyəsindən asılı olaraq, müxtəlif cür keçirirlər. Bəzi insanlarda bu özünü halsızlıq, yorğunluqla göstərsə də, bəzilərində yuxusuzluq, iştahsızlıq və depressiya ilə müşahidə olunur. Çox vaxt soyuqdəymə ilə başlayan və fikir verilmədikdə ağır fəsadlar yarada bilən yoluxucu xəstəliklər yayılmağa başlayır. Soyuqdəymə və qripin əlamətləri halsızlıq, bədən hərarətinin qalxması, boğazda yanma, burun tutulması, axması və əzələ ağrılarıdır.


Mədə-bağırsaq sisteminin xəstəlikləri, ürək-damar, böyrək və xroniki xəstəlikləri olanlar, şəkərli diabet və qan təzyiqindən əziyyət çəkənlər bu fəsildə daha diqqətli olmalıdırlar. Çünki, belə xəstəliklər əsasən bu fəsildə kəskinləşir və orqanizmdə müəyyən narahatlıqlar yaradır.


Belə ki, virusa yoluxan orqanizm zəifləyir, gücdən düşür və temperatur dəyişkənliyinə hazır olmadığı üçün müxtəlif xəstəliklərə yoluxma ehtimalı artır. Qripin yoluxma səbəbi hava-damcı yolu ilə keçən infeksiya və ortaq istifadə edilən əşyalardır. Buna görə də qripə yoluxmuş adamdan uzaq gəzmək, tibbi maska və əlcəklərdən istifadə etmək, gigiyena qaydalarına riayət etmək vacibdir.


Payızda yayılan xəstəliklərə yoluxmamaq üçün mövsümə uyğun geyinmək lazımdır. Paltarlar nə çox nazik, nə də çox qalın olmalıdır. Yaxşı olar ki, evdən çıxanda özünüzlə pencək və ya gödəkçə götürəsiniz. Belə olduqda, qəfil külək və ya yağış sizin gəzintinizə mane ola bilməz.


Havaların soyuması nəticəsində yaranan xəstəliklərin qarşısının alınması üçün qida rasionuna da diqqət yetirmək çox vacibdir. Uşaqlar, süd verən analar, hamilələr, qocalar və xroniki xəstə¬liyi olan insanlar payızda sağlamlıqlarının qorunması üçün düzgün qidalanmalıdırlar. Çünki hava dəyişdikcə insan orqanizmində vitamin və minerallara ehtiyac artır. Biz bu ehtiyacları qida vasitəsilə ödəməliyik. Gündəlik qida rasionuna mütləq kök, kələm, bibər, çuğundur, göyərtilər, ağartı məhsulları mütləq daxil olmalıdır. Bununla yanaşı, təbii meyvə şirələrindən istifadə edilməlidir. Təbii bitki çayları, salatlar da orqanizmin vitamin ehtiyacını ödəyir. Payız fəslində orqanizmin vitamin və mineral ehtiyacını ödəmək insanları qışda ağır xəstəliklərdən qoruyur. Meyvələrdən üzüm, nar, qırmızı giləmeyvə, moruq xəstəliyə yoluxma riskini azaldır. İmmuniteti zəif olan uşaq və yaşlı insanların vitaminlərə, xüsusən də C vitamininə daha çox ehtiyacı vardır. Ona görə də, bu vitaminin daha çox qəbuluna çalışmaq lazımdır.


Havalar soyuyanda insanlar ev şəraitindən çıxmaq istəmirlər. Məsləhət görərdim ki, onlar evdə oturmayıb, isti geyinib açıq havada çox olun, fiziki aktivliyə üstünlük verin. Sağlam qidalar qəbul edin. Yayda və payızda vitamin ehtiyatınızı tutun ki, immunitetiniz güclənsin və qışda çox xəstələnməyəsiniz. Bütün bunlara əməl etsəniz, qışı sağlam keçirəcəksiniz.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə