Təqvim
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı ümumi cərrahı Aynur Səfiyeva hazırda Hospitalda COVİD-19 xəstələrinin müalicəsi ilə məşğul olur
19 sentyabr 2020 - 13:22

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının  yüksəkixtisaslı ümumi cərrahı, pasiyentlərin böyük rəğbətini qazanmış tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyevanı təqdim edirik. Dr.Aynur Səfiyeva hazırda Hospitalda COVİD-19 xəstələrinin müalicəsi ilə məşğul olur.


Cərrah Aynur Səfiyeva ümumi cərrahi əməliyyatlar, yoğun bağırsaqlarda açıq və laparoskopik əməliyyatlar, kolorektal cərrahiyyə, bütün növ proktoloji əməliyyatlar, abdominoplastika, anal kanal patalogiyalarının diaqnostikası və bütün növ endoskopik müdaxilələr  üzrə ixtisaslaşmışdır.



Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirən AYNUR SƏFİYEVA 1997-1998-ci illərdə Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keçmişdir. O,  2004-2007-ci illərdə Səudiyyə Ərəbistanın Cizan şəhərində ümumi cərrahiyyə üzrə rezidentura proqramını bitirib. Bu zaman Aynur həkim həm də Gürcüstanın Tiflis şəhərində 1 saylı klinik xəstəxanasında cərrahiyyə üzrə diplomdansonrakı biriklərini təkmilləşdirib. O, həmçinin Türkiyə, İtaliya, Avstriyada da Kolorektal cərrahiyyə üzrə ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak edib.



Dr. Aynur Səfiyeva ümumi cərrah kimi tibb fəaliyyətinə 1998-ci ildə Ə.D Məlikov adına 6 saylı Şəhər Kliniki Xəstəxanasında başlayıb. 2004-2007-ci illərdə Səudiyyə Ərəbistanın Abu-Ariesh Mərkəzi Hospitalında ümumi cərrah-proktoloq, 2007-2009-cu illərdə özəl tibb müəssisəsində konsultant-koloproktoloq kimi çalışıb. Dr. Aynur Səfiyeva 2009-cu ildən etibarən Mərkəzi Gömrük Hospitalında ümumi cərrah kimi çalışaraq uğurlu əməliyyatları ilə pasiyentlərin arasında böyük hörmət və rəğbət qazanıb. O, hal-hazırda “Kolorektal poliplərdə kök hüceyrələrinin kliniki əhəmiyyəti” mövzusunda doktorluq işi üzərində çalışır.


Bir sıra nüfuzlu beynəlxalq tibb dərnəklərin üzvü olan Aynur Səfiyeva Avropa Kolorektal Cərrahi Dərnəyin İdarə heyətinin üzvü və Avropa Koloproktoloji Dərnəyinin Azərbaycan üzrə ilk Milli təmsilçisidir. Həkim haqqında daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/aynur-sefiyeva/.

Ətraflı məlumat almaq üçün əlaqə nömrəsi (012) 404 08 08.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə