Təqvim
Gülağa Tənha "Dərdin nazını çəkmə" kitab təqdimatı. İlk dəfə
18 sentyabr 2020 - 15:50

Bu gündən etirabət xeyriyyəçi-şair Gülağa Tənhanın növbəti “Dərdin nazını çəkmə” adlı şeirlər kitabının təqdimat mərasimini təqdim ediləcəkdir. Anons da göründüyü kimi təqdimat böyük ziyafət şəkilində keçirilir və qonaqlar  Azərbaycan  elminin, incəsənətin inkişafında öz sözlərini demiş şəxsiyyətlər iştirak  edirlər.  Tarixi tədbir,  şair Gülağa Tənhanın şeirlərindən parçalarla  başlayır...

 

 

“Can Vətən!”

Dizimin taqəti, gözümün nuru,
Sevgimin əzəli odu – Vətəndi!
Tanrı ruzisidi, bərəkətimdi,
Tamımdı, ağzımın dadı Vətəndi!
Vətəndi ömrümə yazılan anlar,
İlimin, ayımın adı – Vətəndi!
Vətən,
tamahının qulu olanlar
Sənin dar günündə,
ağır günündə
Yel əsən tərəfə əsib getdilər,
İlimdən ayımı kəsib getdilər.
Haqq deyən dilimə düyün vurdular,
Coşan harayımı kəsib getdilər.
Getdilər, Bakıdan Qarabağacan
Yollara, izlərə dərd ələdilər.
Səngərdən o yana boylanmadılar,
Xalqın inamını güllələdilər.
Heysiyyət kürkünü günün birində
Nimdaş paltar kimi atıb gəldilər.
Laçında, Ağdamda halal sevgidən
Xəyanət ocağı çatıb gəldilər…
Şuşa Qarabağın həmayiliydi,
Getdilər, Şuşanı satıb gəldilər…
Onların odundan köz götürənlər
Yaman qısqanırlar mənim sevgimə,
Qənim kəsiliblər qənim, sevgimə.
Qoymurlar göyümü, yerimi sevim,
Sən mənim qibləmsən, qibləgahımsan,
Qoymurlar sən adda pirimi sevim.
Qoymurlar mən səni sən kimi sevim!
Vətən, biçarə Vətən…
Vətən, biçarə Vətən…

 

 

***

Odur mənim varım da,

Odur sadiq yarım da,

Mənim şah damarımda

Cağlayan qandır, Vətən!

 

 

***

Mən tənha olanda

O illər ötdü.

Neçə yol təntiyib, neçə yol azdım.

Tənhalıq ağırdı, mən Tənha kimi,

Heç kimə tənhalıq arzulamazdım.

 

 

***

Yaralandım, son anda səni köksümə basa bilmədim, Vətən!

Bağışla məni...

Sənə olan sevgimi sinən üstə yaza bilmədim, Vətən!

Keç günahımdan...

Yerlər yanmadı, göylər əriyəcək ahımdan,

Qazi olabilmədim, Vətən!

Keç günahımdan...

 

 

***

Meyil salma uzağa

Vətəndən ay Gülağa

Yaratmağa, qurmağa

Ellər çağırır səni!...

 

 

***

Dizimlə yararam daşlaşan qarı,

Axı yol almışam Vətənə sarı.

Aşaraq ən uca qarlı dağları,

Gələndə görərsən Gülağa kimdir!

Tənha təxəllüslü Gülağa kimdir?!

 

 

 

 

Gülağa Tənha " Dərdin nazını çəkmə " II - kitab #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #muğam #muğam #segah #qiraət #qiraet müdrik, #fikir, #dushunce, #düşüncə #AMEA #elm #alim #qazet #mukafat #mükafat #kitab #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə