Xaçatur Abovyan, müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq: “Bizim xalq danışıq dilində nəinki azərbaycanca ancaq ayrı-ayrı sözləri, eləcə də bütöv cümlələri işlədir”. (Х.Абовян, Полное собрание соч., V том, Ереван, Изд. АН Арм. 1950, на армянском языке)
Xaçatur Abovyan: “… xalq [erməni] çoxlu miqdarda türk sözləri öyrənib və bu günədək onları işlədir”. (Х.Абовян, Полное собрание соч., V том, стр.48, Ереван, Изд. АН Арм.1950, на армянском языке)
Xaçatur Abovyan: “Türk dili lənətə gəlsin, ancaq bu dil Allahın xeyir-duasını alıb… bütün şadlıqlarda və toy mərasimlərində biz türkcə oxuyuruq”. (Х.Абовян, «Раны Армении», Ереван, 1939, на армянском языке).
Xaçatur Abovyan: “Bizim dil ən azı 50% türk sözlərindən ibarətdir…”. (Х.Абовян, «Раны Армении», Ереван, 1939, стр.80-81, на армянском языке).
Xaçatur Abovyan: “…öz səslənməsi, poetikliyi və ahəngdarlığı ilə, qrammatik cəhətdən tatar [Azərbaycan] dili başqa dillər arasında ən yaxşısıdır”. (Х.Абовян, «Полное собрание сочинений», V том, Ереван, 1950, стр.174, на армянском языке).
Xaçatur Abovyan: “Türkcə [Azərbaycan dili] bizim dilə o qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, atalar sözləri türkcə [azərbaycanca] səslənir”. (Х.Абовян, «Раны Армении», Ереван, 1939, стр.41, 42)
Xaçatur Abovyan: “Yeni və qədim dillərin [erməni] əsas fərqi danışıq tərzində və sintaktik quruluşundadır. Bu nöqteyi-nəzərdən qədim erməni dili (“qrabar”) Avropa dillərinə oxşayır, yeni erməni dili (“aşxarabar”) isə türk [Azərbaycan] dilinə oxşayır”. (Х.Абовян, Нахашавиг, Ереван, 1940, на армянском языке).
Xaçatur Abovyan: “Türk [Azərbaycan] dili bizdə o qədər yayılmışdır ki, onu hətta qadınlar və uşaqlar başa düşürlər. Ona görə də xalq içərisindən çıxmış istedadlar arasında tatar [Azərbaycan] dilində şerlər yaradılması və oxunması adi hala çevrilmişdir”. (Х.Абовян. Нахашавиг. Ереван, 1940, стр.48, на армянском языке).
Kamran İmanovun «Армянские ина(о)родные сказки», Bakı, 2008 və İsrafil Abbaslının «Азербайджанские истины в армянских источниках», Bakı, 2008, kitablarından istifadə olunub
Bütün hüquqlar qorunur © 2024