Təqvim
ÜST mütəxəssisi: “AQTİ laboratoriyaları beynəlxalq standartlara cavab verir” - FOTO
08 sentyabr 2020 - 14:16

Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, eləcə də qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları ən müasir cihaz və avadanlıqlarla  təchiz edilib. Həmçinin İnstitutun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilib, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülüb.



Görülən işlərin nəticəsidir ki, AQTİ laboratoriyalarının fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) laboratoriyalar üzrə eksperti Radu Cojocaru missiya səfərində olarkən Azərbaycanda qida təhlükəsizliyi sahəsində laboratoriya şəbəkəsində öz müşahidələrini aparıb. AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin fəaliyyəti ilə tanış olan ekspert qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə analizi, ekspertiza və tədqiqat (ölçmə) xidmətlərini yüksək qiymətləndirib və bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübə ilə bağlı tövsiyələr verib.



Bundan başqa beynəlxalq ekspert Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən  Biotəhlükəsizlik laboratoriyasında bir sıra meyarlar üzrə qiymətləndirmə  həyata keçirib. Belə ki, mütəxəssis tərəfindən laboratoriyanın biotəhlükəsizlik  səviyyəsinə, həmçinin İSO 17025 standartına uyğunluğu, keyfiyyət idarəetmə sistemi, standart əməliyyat proseduru, eləcə də  nümunə götürülməsi, qəbulu və saxlanması, diaqnostik sınaqların nəticələrinin düzgünlüyünün təmin edilməsi baxımından metodların validasiya və verifikasiyası qiymətləndirilib. ÜST-ün laboratoriyalar üzrə eksperti kadrların səriştəliliyini və peşəkarlığını müəyyənləşdirmək məqsədilə təşkil olunan  sınaqlarda da iştirak edib və AQTİ tərəfindən bu sahədə əldə edilən nailiyyətləri yüksək dəyərləndirərək Biotəhlükəsizlik laboratoriyasının xüsusi təhlükəli xəstəliklərin diaqnostikası üçün beynəlxalq standartlara cavab verən resurslara və səriştəyə malik olduğunu qeyd edib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə