Təqvim
“AmCham” ın Satınalmalar Komitəsinin iclası keçirilib
03 sentyabr 2020 - 15:05

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) Satınalmalar Komitəsinin video-konfrans formatında növbəti iclası keçirilib.



İclasda “Dövlət satınalmaları sahəsində şikayətlərə baxılmanın ümumi prinsipləri və beynəlxalq təcrübə” mövzusunda təqdimatla çıxış edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmaları şöbəsinin müdiri Əhməd Həsənov bu sahədə  şikayətlərin idarə olunması, şikayət ərizəsi, satınalma mərhələlərinə görə şikayətin müddətləri, şikayətlərin cavablandırılması və digər məsələlər barədə məlumat verib.
 


Satınalmalar üzrə mütəxəssis Elşən Həsənov isə “Dövlət satınalmalarında şikayətlərə baxılması, Azərbaycan təcrübəsi və tövsiyələr” mövzusunda təqdimat edərək, dövlət satınalmalarında şikayət mexanizmi, şikayətlərin verilməsi və mübahisəli məsələlərin həlli, malgöndərənlərin (podratçıların) müvafiq orqanlara şikayət vermək hüququ və.s mövzular barədə video-konfrans iştirakçılarını məlumatlandırıb. İclasda komitə rəhbərliyi və təqdimatçılar iştirakçıları maraqlandıran sualları cavablandırıb. Komitənin sədri Kənan Tabasaranski biznes subyektləri ilə açıq dialoqa dəstək verdiyi üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təşəkkürünü ifadə edib.
 


 “AmCham” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildən fəaliyyət göstərən təşkilat Azərbaycan iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən 270-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, həmçinin yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə