Xeyriyyəçi – şair Gülağa Tənhanın “Mən Allah adamıyam” kitabının təqdimat mərasimində qiraət ustası, xalq artisti İlham Əsgərov müəllifin növbəti şeirinə müraciət edərək səsləndirir. Şeirin adı “Bilər” adlanır. Xüsusi qeyd edirik ki, bu şeir Gülağa Tənhanın yaradıcılığında xüsusi yer tutan növbəti şeirlərindən biridir. Qardaş, gen dünyada işıq qədrini, #Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci #dost #el #Vətən
BİLƏR
Gözünə qaranlıq çökənlər bilər.
Ömür nemətinin şirinliyini
Qəhərin qolunu bükənlər bilər.
Bir şirin, bir dadlı yuxu əvəzi,
Gözəllik qoxuyan duyğu əvəzi,
Burda yaxşılığı toxum əvəzi
Ürəyə, könülə əkənlər bilər.
Hər oğul biləmməz mətanət nədi,
Çətinə düşəndə dəyanət nədi,
Ömrə ömür verən səadət nədi,
Həsrətin nazını çəkənlər bilər.
Gülağa Tənha (Qənbərov) May, 1985
Bütün hüquqlar qorunur © 2024