Təqvim
Kür çayının aşağı axınında müsbət tendensiya müşahidə edilir
30 avqust 2020 - 20:28

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqust ayının üçüncü ongünlüyündə yağıntıların aylıq normadan çox olması Kür çayının aşağı axınında səviyyənin artması ilə nəticələnib.

Belə ki, avqustun 23-dən 26-dək səviyyə Kür-Surrada 140 sm, avqustun 25-dən 28-dək Şirvanda 146 sm, avqustun 24-dən 28-dək Salyanda isə 143 sm artıb.


Salyan və Neftçala rayonları ərazisində Kür çayı üzrə 14 məntəqədən götürülən su nümunələrinin analizi göstərir ki Salyan rayonu ərazisində Qaraqaşlı məntəqəsində, Neftçala rayonu ərazisində Xocalı, Ərəbqardaşbəyli, Surra, Kürqarabucaq, Qaralı, Dördlər, Xıllı, Qaravəlli, Uzunbabalı, Seyidlər, Bankə qəsəbəsi, Oryad və Mayak 1 məntəqələrində duzluluq 0.5-0,9 q/l, yəni norma daxilində olub.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Aqrar

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə