Təqvim
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Polşa Antidopinq Agentliyi (POLADA) arasında əməkdaşlıq görüşü
27 avqust 2020 - 17:58

Bu gün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Polşa Antidopinq Agentliyi (POLADA) arasında əməkdaşlıq görüşü keçirilib. Hər iki qurumun rəhbər şəxsləri və digər əməkdaşlarının iştirak etdiyi görüş videokonfrans formatında baş tutub.


Görüşdə əsasən 2021-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi və COVID-19 pandemiyası dövründə dopinq nəzarətinin həyata keçirilməsi, o cümlədən təhsil və maarifləndirmə işlərinin təşkili məsələləri müzakirə edilib.


Tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi ilə bağlı Azərbaycanda görülən işlərdən danışaraq həyata keçirilən tədbirlərdən bəhs edib.

Azərbaycan təcrübəsini polşalı həmkarları ilə bölüşən Ş. Hüseynli bildirib ki, Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi proqramı il ərzində mərhələli şəkildə həyata keçirilir. Yeni məcəllə qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsi zərurəti yaradır. Məcəllədəki dəyişikliklər və yeniliklər ətraflı öyrənildikdən sonra qanunvericiliyə müvafiq dəyişiklik layihəsi hazırlanaraq Ümumdünya Antidopinq Agentliyinə (WADA) təqdim edilib. Layihə təsdiq edildikdən sonra isə aidiyyatı yerli dövlət qurumlarına göndərilib. Hazırda layihə tamamlanma mərhələsindədir.


Görüşdə COVID-19 pandemiyası dövründə dopinq nəzarətinin həyata keçirilməsi məsələsi də ətraflı müzakirə edilib. Tərəflər öz təcrübələrini bölüşüb və prosesin daha effektiv təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə