Təqvim
Səfir Marqarita Kostadan erməni təəssübkeşi olan həmkarına növbəti tutarlı cavab
14 avqust 2020 - 17:24

Azərbaycan uzun sürən təcavüzün qurbanıdır və beynəlxalq ictimaiyyət buna birdəfəlik son vermək üçün hərəkətə keçməlidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və 12 iyul tarixində dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribatları ilə bağlı erməni tərəfinin mövqeyini müdafiə edən İtaliyanın Ermənistandakı sabiq səfiri, İtaliya-Ermənistan Ticarət və Sənaye Assosiasiyasının fəxri sədri Bruno Skapiniyəİtaliyanın Azərbaycandakı sabiq səfiri, İtaliyanın Genuya şəhərində Azərbaycanın fəxri konsulu MarqaritaKostaİtaliyanın nüfuzlu “Panorama” qəzetində “Beynəlxalq ictimaiyyətin günahı Ermənistanı öz qoşunlarını çıxartmağa məcbur etməməkdədir” sörlövhəli yazısı ilə növbəti dəfə tutarlı cavab verib.
M.Kosta qeyd edib ki, son həftələrdə neçənci dəfədir ki, öz yazıları ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ mövzusunda məlumatı az olan oxucuları yanlış təqdim olunan həqiqətlərə inandırmağa sövq edən həmkarı Bruno Skapiniyə cavab verməkdən təəssüflənir. “Öncəki hallarda sabiq səfir Skapiniyə həqiqət olsa da az və ya heç məlumatlı olmadığı mövzu barədə səhv etməyin insana xas bir xüsusiyyət olduğunu (söhbət Azərbaycan Respublikasından gedir), amma daimi olaraq bu səhvin üzərində dayanmağın ciddi səkildə zərərli olduğunu vurğulamışdım”, deyə M.Kosta qeyd edir.
“Həmkarım Skapininin əzmlə müdafiə etdiyi Ermənistana olan hisslərini anlaya bilərəm, amma ən dərin hisslər belə açıq-aşkar və beynəlxalq səviyyədə təsdiq olunmuş səhvlərdən üstün olmamılıdır. Xüsusilə də diplomatik peşə icra etmiş birindən mən beynəlxalq hüquqa daha hörmətlə yanaşmasını gözləyərdim. Çünki 30 ilə yaxın Ermənistan tərəfindən hərbi işğala məruz qalan, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycana haqq verən məhz beynəlxalq hüquqdur. Ermənistanın çiynində ağrılı Xocalı faciəsi kimi ağır cinayətlər var və Skapininin bütün bunlara necə biganə qalması mənə maraqlıdır”, deyə M.Kosta fikirlərinə davam edir.
“Mən həmkarımla razıyam beynəlxalq ictimaiyyətin məsuliyyəti var. Amma onun məsuliyyəti Ermənistanı öz silahlı qüvvələrini Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə də daxil olmaqla, beynəlxalq sənədlərə əməl etməyə məcbur etməkdən ibarətdir. Məhz bu işğal Skapininin bəhs etdiyi regiondakı qeyri-sabitliyin səbəbidir və məqalə müəllifinin böyük səylə müdafiə etdiyi Ermənistanın başlatdığı 12 iyul toqquşmalarının səbəbinin kökündə də elə həmin işğal dayanır”, deyə M.Kosta qeyd edir.
M.Kosta vurğulayır ki, məhz Azərbaycana qarşı olan münasibəti nəticəsində Ermənistan regional proseslərdə iştirak etmək fürsətini əldən verib və Ermənistanın hal-hazırda üzləşdiyi dərin iqtisadi və sosial çətinliklər ilk növbədə bu məsələdən irəli gəlir, belə ki, əgər Ermənistan Azərbaycanın torpaqlarını işğal etməsəydi bu gün regionun inkişafı və təhlükəsizliyi üçün önəmli neft-qaz ixracı və digər nəqliyyat infrastrukturu layihələrində iştirak edə bilərdi.
Fikirlərinin sonunda M.KostaSkapininimultietnik, çoxkonfessiyalı, zəngin tarix və səxavətli insanlarla dolu, Ermənistan xaric, bütün qonşuları ilə əla münasibətləri olan, Avropa, ilk növbədə İtaliya üçün etibarlı tərəfdaş olan Azərbaycana səfər etməyə dəvət etdiyini bildirir. “Bəlkə Ermənistanın işğalının nəticələrini ancaq öz gözləri ilə görəndən, otuz ildir Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 ətraf rayonundakı evlərinə qayıtmağı gözləyən insanlarla iki kəlimə söhbət etdikdən sonra sabiq səfir “qurban” kəlməsinin həqiqi mənasının fərqinə varar. Azərbaycan uzun sürən təcavüzün qurbanıdır və beynəlxalq ictimaiyyət buna birdəfəlik son vermək üçün hərəkətə keçməlidir”, deyə M.Kosta fikirlərini tamamlayır.
Yazı ilə bu keçiddən tanış olmaq mümkündür:

https://www.panorama.it/news/dal-mondo/la-comunita-internazionale-ha-una-colpa-non-obbligare-larmenia-al-ritiro-delle-truppe 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə