Təqvim
ABŞ-ın Los-Anceles şəhərində baş vermiş hadisələrə hüquqi qiymət vermək üçün tanınmış hüquqşünas-alimlərdən ibarət beynəlxalq işçi qrupu yaradılıb
28 iyul 2020 - 14:53

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin və MG Consulting şirkətinin təşəbbüsü ilə insan hüquqları sahəsində tanınmış alimlərdən ibarət beynəlxalq işçi qrupu yaradılıb. Beynəlxalq işçi qrupunun məqsədi 21 iyul  2020-ci il tarixdə ABŞ-ın Los-Anceles şəhərində azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən aqressiv hücumlar nəticəsində pozulmuş insan hüquqlarını insan hüquqları sahəsində beynəlxalq sənədlər əsasında təhlil etmək, o cümlədən faktlara əsaslanaraq hesabat hazırlamaqdır. Bu elmi-analitik hesabat müxtəlif səfirliklər, beynəlxalq təşkilatlar, insan hüquqları sahəsində beynəlxalq mexanizmlər, ABŞ-ın hüquq-mühafizə orqanları və məhkəmələrinə göndəriləcəkdir.

 

İşçi qrupunun tərkibinə aşağıdakı alimlər daxildir:
 


1.    Professor Əmir Əliyev - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, insan hüquqları üzə mühazirəçi və çoxsaylı  kitabların - dərsliklərin müəllifi.


2.    Hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə - MG Consulting şirkətinin direktoru, bir sıra ölkə hesabatlarının müəllifi, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.


3.    Profesor Leonard Hummer - ABŞ-ın Arizona Universiteti, insan hüquqları üzə mühazirəçi və müxtəlif kitabların müəllifi.


4.    Professor Adel Abdullin - Rusiya Federasiyasının Kazan Federal Universitetinin Hüquq fakültəsinin “Beynəlxalq və Avropa hüququ” kafedrasının müdiri, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı  kitabların - dərsliklərin müəllifi.


5.    Professor Revol Valeyev - Rusiya Federasiyasının Əməkdar hüquqşünası, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı  kitabların - dərsliklərin müəllifi.


6.    Professor İlyas Doğan - Türkiyənin Ankara Hacı Bayram Vəli Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müəllimi, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı  kitabların - dərsliklərin müəllifi.


7.    Hüquq üzrə fəlsəfə doktoru Cavid Qədirov - ADA Universitetinin müəllimi,  insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.


8.    Hüquq üzrə elmlər doktoru Turqay Hüseynov - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.


9.    Hüquq üzrə fəlsəfə doktoru Cavid Abdullazadə - Türkiyənin Ankara Universiteti Hüquq fakültəsinin Beynəlxalq hüquq kafedrasının müəllimi,  ADA Universitetinin müəllimi,  Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.


10.  Hüquqşünas Əliməmməd Nuriyev, “Şəffaflıq” Azərbaycan təşkilatının rəhbəri, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.
 


Professor Əmir Əliyevin və hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadənin sözlərinə görə, bu məsələlərin beynəlxalq insan hüquqları hüququ prizmasından müstəqil qiymətləndirilməsi olduqca vacibdir.
 

İşçi qrupunun tərkibinin daha da genişləndirilməsi və hesabatın tam olaraq avqust ayı ərzində hazır olması gözlənilir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə