Təqvim
AQTA koronavirusun (COVID-19) profilaktikası çərçivəsində reydləri davam etdirir
25 iyul 2020 - 16:19

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.


Belə ki, AQTA əməkdaşları tərəfindən 24 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 47 ictimai iaşə obyekti, 176 ərzaq satışı mağazası olmaqla ümumilikdə 223 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.


Reyd keçirilən obyektlərdən 80-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
 


Bakı şəhəri üzrə:


“Fərid”, “Star”, “Qaqo”, “Şirin”, “Panda”, “Qardaşlar”, “Kübar” marketlər, Əliyev Mübariz Həsən oğluna, Rüstəmova Qəmzə Hacı qızına, Salmanov İsi Məhərrəm oğluna məxsus ərzaq mağazaları
 


Digər şəhər və rayonlar üzrə:
 

- Sumqayıt şəhərində “Rafiq” və “El” marketlər
 

- Şabran rayonunda “Rəhimli” kafe, Cavadov Gündüz Qənbər oğluna, İsmayılov Taleh Hacı oğluna, Əliyev Tural Fizuli oğluna məxsus kafelər, İsayeva Maidat Azər qızına məxsus şirniyyat mağazası
 

- Xaçmaz rayonunda Hüseynov Ramin Şəfayət oğluna, Hüseynov Yavər Həzrət oğluna, Əhmədov Murad Hakim oğluna, Şərifov Kamal Mahmudağa oğluna, Burcəliyev Mövlan Gəncəli oğluna məxsus ət satışı mağazaları
 

- Neftçala şəhərində Abdullayev Mehman Akif oğluna məxsus ərzaq mağazası, İbrahimov Rafiq Müstəcəb oğluna məxsus kafe
 

- Salyan rayonunda Rüstəmov Nazim Cavanşir oğluna məxsus ərzaq mağazası
 

- Şirvan şəhərində Qafarov Qismət Ağaşirin oğluna və Hüseynov Şahin Sayadxan oğluna məxsus ərzaq mağazaları
 

- Sabirabad rayonunda Əkbərov Vasif Rasim oğluna və Nuriyev Vüqar Ağahəsən oğluna məxsus ərzaq mağazaları
 

- Göyçay rayonunda Məmmədov Qəşəm Şərif oğluna, Nəbiyev Elnur Qara oğluna, Dəmirov Loğman Hacı oğluna, Xudaverdiyev Azər Zülfü oğluna, Əliyev Abit Rəfail oğluna məxsus ərzaq mağazaları
 

- Şamaxı rayonunda “Şirvan”, “Şam”, “Şirvansaray”, “Xarı bülbül”, “Dədə qorqud”, “Qoşa bulaq” restoranları, Feyzullayev Tofiq Feyzulla oğluna məxsus yeməkxana, Həsənov Xalid Mirdamət oğluna, Nuraliyev Səməd Ramiz oğluna məxsus kafelər
 

- İsmayıllı rayonunda Qəribov Hakim Səlim oğluna, Əliyeva Sevda Ağahüseyn qızına, Qasımov Fizuli Nəbi oğluna və İsgəndərov Orxan Elxan oğluna məxsus kafelər, Səbirli Vüsal Qalib oğluna məxsus restoran, Abdurazaqov Asif Yusif oğluna, İsmayılov Vüsal Nüsrət oğluna, Babayeva Asudə Həsənalı qızına, Hacıyev Səbuhi Nadir oğluna məxsus ərzaq mağazaları
 

- Mingəçevir şəhərində “Çinar”, “Lalə”, “Sahibkar”, “Asan” marketlər, Rzayeva Zümrüd İbrahim qızına, Əliyeva Vəfa Cəlal qızına, Həbiliyev Amil Sədrəddin oğluna məxsus ərzaq mağazaları
 

- Lənkəran şəhərində “555” və “Xəzər” kafelər
 

- Yardımlı rayonunda “Sərvin” kafe, Nuriyev Seyfəddin Yadulla oğluna məxsus kafe
 

- Biləsuvar Yusubov Mehman Yusub oğluna, Mirişov Xudaşükür Xudu oğluna məxsus ət satışı mağazaları
 

- Gəncə şəhərində “Güllər”, “Hiper Əminə”, “Bolmart”, “Zəhmət” marketlər
 

- Goranboy rayonunda Həşimov Zahəddin Məhəmməd oğluna, Zeynalova Gülüş Yunis qızına məxsus ərzaq mağazaları və “Göyçə” market


- Şəmkir rayonunda “Uğur”, “Çinar”, “Görüş”, “NZS” kafelər, “Sərxan”, “Bizim” marketlər, Musazadə Rauf Ramiz oğluna məxsus ərzaq mağazası


- Ağstafa rayonunda “Gülül” kafe


Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə