Təqvim
Kanadada yaşayan soydaşlarımızla videokonfrans keçirilib
25 iyul 2020 - 16:15

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Kanada və Latın Amerikası regionu ölkələrində yaşayan azərbaycanlı icmasının nümayəndələrinin, Azərbaycan Respublikasının Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov və  Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Fuad Əliyevin qatıldıqları videokonfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Fuad Muradov Ermənistanın işğalçı siyasətinə və hərbi təxribatlarına son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması məqsədilə soydaşlarımızın dünyanın müxtəlif ölkələrində, o cümlədən Kanadada çoxsaylı izdihamlı aksiyalar, avtomobil yürüşləri  keçirmələrini,  birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycan dövlətini və ordusunu dəstəkləmələrini müsbət qiymətləndirib. Kanadalı soydaşlarımızın Azərbaycanın haqlı mövqeyinin yaşadıqları ölkənin vətəndaşlarına, yüksək vəzifəli şəxslərə çatdırılması təşəbbüsləri, ABŞ Konqresinə və Ağ Ev administrasiyasına  ünvanlanan petisiyaların imzalama kampaniyasında fəal iştirak etmələri təqdir olunub.


Azərbaycan Respublikasının Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov və  Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Fuad Əliyev çıxışlarında belə bir görüşün təşkilinə görə minnətdarlıqlarını bildirib, keçirilən aksiyaların əhəmiyyəti barədə danışıblar.

Kanada və Latın Amerikası regionu ölkələrində yaşayan azərbaycanlı icmasının nümayəndələri Amerikanın Los-Anceles, Belçikanın Brüssel şəhərlərində və digər ölkələrdə ermənilərin azərbaycanlılara qarşı vəhşi hərəkətləri barədə fikir mübadiləsi aparıb, hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduqlarını diqqətə çatdırıblar.

Soydaşlarımıza ermənilərin təxribatına uymamaq, onlara qarşı mübarizəni hüquqi müstəvidə aparmaq,  Azərbaycan həqiqətlərinin təbliğ olunması ilə bağlı fəaliyyəti daha da gücləndirmək, birgə hərəkət etmək, icmaların bütün potensialını birləşdirmək tövsiyə olunub, BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə müraciətlər ünvanlaması barədə geniş fikir mübadiləsi aparılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə