Təqvim
Gülağa Tənha "Qarabağda ötən Sarı bülbül"
21 iyul 2020 - 15:00

Gəlin bir anlıq təsəvvür edək: Güllərin, bülbüllərin məskəni olan Qarabağda bir gün müharibə başlayır. Səsi ilə bütün bağ - baxçanı sehirləyən quşlar, atəş səslərindən yerli sakinlərə qoşulub uçub gedirlər... Sükut pozulduğuna görə, sehir də itir. Yerdə qalan, xatirələr və şəhidlər olur. Məqam olan kimi şəhidlər götürülərək dəfn edilir . Sonra, xarabalıqları bəzəyən sükut oldu. Quşlar diksindiklərindən, xeyli vaxt o məkanlara tərəf uçmadılar. Meşədə, düzdə olan hər bir ağacın budaqları intizar içində qaldı. İllər sonra ayrılığa dözməyən Sarı bülbül, cəsarətini yığıb aşiq olduğu bağın hüzuruna gəlir, ürəyində yığılıb qalan nəğmələri oxumağa başlayır ... Vətən aşiqləri dayanmadan ötən bülbülü hürkütməmək üçün Qarabağı səssiz, səmirsiz geri almağa qərara alır...

 

Azpress.az – saytı xeyriyyəçi – şair Gülağa Tənhanın sözlərinə yazılmış “Sarı bülbül” mahnısını təqdim edir. Bəstəkar: Əməkdar incəsənət xadimi Ramiz Mirişli, ifa: Xalq artisti Azər Zeynalov.

 

 

 


SARI BÜLBÜL

 

Köksünə tikanmı batıb,
A taleyi sarı bülbül?!
Qan ağlayan qəhərini
Böləsiyəm yarı, bülbül.
Oxuyursan, yoxsa sən də
yad əliylə qara gələn
Tariximi ağlayırsan?
O tarixi yazanların
Taleyini dağlayırsan?!
Dağlar tökür göz yaşını,
Əridirsən qarı, bülbül!
Səsini məlhəm bilirəm,
Gəl yaramı sarı, bülbül!
O zaman söz yiyələri
Ulduzu, Ayı öyürdü.
«Partiyanın eşqi ilə»
Bəyaz sarayı öyürdü.
Nə müddətdi Qarabağda
Susdurublar tarı, bülbül.
Səsin bu dərdin özüdü,
Oxuyursan, Sarı bülbül!..
Oxuyursan nə zamandı,
Ötənləri ana-ana.
Nə heyrətdi, nə gümandı? –
Oxuyursan yana-yana.
Yolun üstə dayanardı,
Gözü yolda qalan Şuşa.
Səsin ilə oyanardı,
Bir tamaşa olan Şuşa.
Ömürdən can uman qəhər
Bir ürəyə sığandımı?
Oxuduğun nəğmə deyil,
Ruh sarsıdan fəğandımı?
Şuşasız qalmısan deyə
Yaman təntiyib nəfəsin.
Dərd-qəminə dərman deyə
Qisasa çağırır səsin.
Yağı bilmirmi ki, Şuşa
Od oğlunun Şuşasıdı?
Qisas qalmaz qiyamətə,
Millət bir gün coşasıdı!
Şuşaya uç, vaxtı çatıb,
Gələk sənə sarı, bülbül!
Səsin şəhid harayıdı,
Oxu, oxu, Sarı bülbül!..
Bakı, 9 may, 1993

 

 

 

hazırladı: Ağa Mühəmməd Aman


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенхa 

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə