Təqvim
Şabran rayonunun Taxtalar kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC tərəfindən layihə hazırlanıb və tikinti-quraşdırma işlərinə başlanılıb -FOTO=4
14 iyul 2020 - 14:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Dövlət investisiya proqramı çərçivəsində Şabran rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Taxtalar kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanıb.
Şabran rayonunun Taxtalar kəndinin əhalisi uzun illərdir içməli su çatışmazlığından əziyyət çəkib. Vaxtilə rayonun Dağ Bilici kəndindəki bulaqdan kəndə su xətti çəkilib və bulaq quraşdırılıb. Bbir neçə il əvvəl quraqlıq səbəbindən su təchizatı dayanıb, mövcud su təchizatı sistemləri isə yararsız vəziyyətə düşüb. Ötən müddətdə sakinlər içməli tələbatlarını maşınlarla daşınan su hesabına ödəyib.
Taxtalar kəndinin içməli su probleminin həlli məqsədilə “Azərsu” ASC tərəfindən layihə hazırlanıb və tikinti-quraşdırma işlərinə başlanılıb. Layihəyə əsasən, kəndin içməli su təchizatı Şabran şəhəri yaxınlığındakı su anbarı hesabına təmin olunacaq. Taxtalar kəndi relyef baxımından yüksəklikdə olduğundan suyun kəndə nəqli üçün nasos stansiyası quraşdırılacaq. Hazırda su anbarından kəndə qədər 114 mm diametrli polad borularla 4,8 km uzunluğundan magistral su kəmərinin tikintisi davam etdirilir. Bununla paralel olaraq kənd ərazisində 3,7 km uzunluğunda paylayıcı su şəbəkəsi inşa edilir. İndiyədək su xətlərinin yarıdan çoxu tikilib. Kənd ərazisində müxtəlif məhəllələrdə əhalinin ümumi istifadəsi üçün 19 ədəd bulaq quraşdırılacaq. Bununla da Şabran rayonunun Taxtalar kəndinin 1000-dək sakini keyfiyyətli içməli su ilə təmin olunacaq.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Aqrar
Gülağa Tənha Keçmişi unutmaq olmaz!12:35, 19 yanvar 2021
Gülağa Tənha "Cavab beş" müsahibəsi13:21, 18 yanvar 2021
“ASAN xidmət”dən Qələbəni bizə yaşadanlar üçün xüsusi xidmət 22:25, 17 yanvar 2021
BDU-nun jurnalistika fakültəsinin tələbəsi Əsgər İsmayılov yazır: Xatirimizdə "Yaddaş muzeyi" olaraq yaşayacaq şəkil... 22:11, 17 yanvar 2021
Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı 21:53, 17 yanvar 2021
Vaksinasiyadan imtina edənləri hansı cəza gözləyir? - TƏBİB-dən AÇIQLAMA 19:55, 17 yanvar 2021
Azərbaycanda xüsusi karantin rejimi BU TARİXƏDƏK uzadıldı 19:51, 17 yanvar 2021
Məktəblərlə bağlı VACİB AÇIQLAMA 19:30, 17 yanvar 2021
Karantin rejimilə bağlı NƏ DƏYİŞDİ? - İZAH 19:24, 17 yanvar 2021
Azərbaycan təsəvvür edə bilməyəcəyimiz bir mövqeyə sahib oldu - Deputat 18:31, 17 yanvar 2021
Deputat Azay Guliyev: Prezident İlham Əliyevin islam və xristian dünyasına Şuşadan verdiyi mesaj barədə yazıb 18:13, 17 yanvar 2021
Gülağa Tənha Qərar qəbul etmə prinsipi və...14:30, 17 yanvar 2021
Səhiyyə Nazirliyi: Vaksin təhlükəsizdir 20:12, 16 yanvar 2021
Gürcüstanda iki nəfəri girov götürən keçmiş polis əməkdaşı saxlanılıb 20:07, 16 yanvar 2021
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlayır - İlk olaraq ONLARA vaksin vurulacaq 19:44, 16 yanvar 2021
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur 19:37, 16 yanvar 2021
Bu sahələrin fəaliyyəti bərpa olunur - SİYAHI 19:00, 16 yanvar 2021
Yaqut Qarayeva: Hazırda bu şəxslərin vaksinasiyasına ehtiyac yoxdur - Müsahibə 18:49, 16 yanvar 2021
Hərəkətsizlik və həzm prosesinin düzgün getməməsi uşaqlarda piylənməyə səbəb olur 16:02, 16 yanvar 2021
Ölümlə mistik əlaqə: Saatlardakı ürkütücü müəmma... 13:51, 16 yanvar 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə