Təqvim
Moskvadakı soydaşlarımız Ermənistanın təxribatına sərt etiraz edirlər
13 iyul 2020 - 13:36

İşğalçı dövlət olan Ermənistanın silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ölkəmizə qarşı hərbi təxribat törətməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı hiddətləndirib. 

Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağiyev bildirib ki, doğma Azərbaycanda, xüsusilə də cəbhə bölgəsində baş verən hər bir hadisə Rusiyada yaşayan soydaşlarımızın və diaspor təşkilatlarının daim diqqət mərkəzindədir. Onun sözlərinə görə, Tovüz istiqamətində gedən qanlı döyüşlər əsl erməni təxribatıdır və Rusiya azərbaycanlıları tərəfindən qəti şəkildə  pislənilir.

Qeyd edək ki, dünəndən başlayaraq Rusiyadakı həmyerlilərimiz sosial media şəbəkələri və internet resursları vasitəsilə ölkə ictimaiyyətinə Azərbaycanın haqq səsini çatdırmaqdadır.

Təxribatın Dağlıq Qarabağ regionundan 100 kilometrlərlə kənarda – Azərbaycan-Ermənistan sərhəddində baş verməsi, dinc əhalinin yaşadığı məntəqələrin atəşə tutulması, beynəlxalq hüquqa və normalara zidd olmaqla yanaşı, Ermənistan dövlətinin işğalçı mahiyyətini bir daha ifadə edir. Bundan başqa, bu təxribatı törətməklə Ermənistan hakimiyyətinin BMT Baş katibinin COVID-19 ilə əlaqədar bütün münaqişə və müharibələrin dayandırılmasına dair çağırışlarını sözdə dəstəklədiyini göstərir, beynəlxalq hüquq və çağırışlara qarşı  riyakarlığını bir daha nümayiş etdirir.

Soydaşlarımız bildiriblər ki, görüntü naminə danışıqlar aparan ATƏT-in Minsk qrupunu, bu təxribata, bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə laqeydlik nümayiş etdirən Avropa Şurasını qınayırlar və bütün beynəlxalq qurumlardan Ermənistanın təxribatlarına və işğalçı siyasətinə son qoyulmasını, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın və ətraf rayonların azad edilməsini, ölkəmizin ərazi bürövlüyünün bərpa olunmasını tələb ediblər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə