Cənubi Qafqazın “ən qədim xalqı” olmaları ilə bağlı dünyanı aldatmağa çalışan erməni təbliğat maşını yalan danışır. Erməni yalanlarını ifşa etmək üçün oxuculara sadə bir həqiqət təqdim edirəm. Soyadlar. Gürcü soyadlarının mənşəyi VII-VIII əsrlərdən başlayır. Gürcü soyadları əsasən yaşadıqları yerlərin adları ilə, bir qism soy adlar - peşələrlə, bir qism soyadlar isə, ata adlarından və ya ata-babanın rütbələri ilə əlaqədardır. Məsələn, Amilahvari və ya Eristavi və s. Soyadların formalaşmasına ehtiyac cəmiyyətin inkişafı və əhalinin miqrasiyasının artması ilə ortaya çıxır. XIX əsrdən başlayaraq əksər, erməni soyadları nəsil və ya əcdadların adları ilə yazılmağa başladı. Bu soyadların mənsubiyyətini göstərmək üçün soyadın sonina şəkilçi əlavə edildi. Faiq İSMAYILOV
Haradan yaranır Cuqaşvili və Tseretelinin soy adları? Erməni soyadlarını türk mənşəli sözlərlə nə birləşdirir? Nədən erməni soyadları arasında region, məkan və yerlərlə bağlı soyadlar yoxdur? Niyə azərbaycanlıların soyadlarındakı "rus" dilinə məxsus şəkilçilər ləğv edilir? Bu suallara cavab tapmaq üçün təqdim etdiyimiz məlumatla tanış olmaq kifayətdir.
Gürcü soyadları
Əksər gürcü soyadlarının quruluşunda kök + şəkilçi eynidir: Soyadların şəkilçisinə görə, bir çox hallarda ad daşıyıcısının hansı bölgədən gəldiyini və hansı etnik qrupa aid olduğunu müəyyən etmək olar.
Məsələn, Meqrelov soyadlar çox vaxt "-ua" (Todua, Gogua) və ya "-iya" (Gamsaxurdia, Beria), Lazlarda isə "-sha" (Halvashi, Tugushi) şəkilçiləri ilə bitir. Dilçilər, gürcü soyadlarının 13 müxtəlif şəkilçi növünü daşıdıqlarını iddia edirlər.
Gürcüstanın İmereti, Guria, Acarıstan, Leçxumi kimi bölgələrində sonluğu "dze" (tərcüməsi: “oğul”) şəkilçilərlə bitən soyadlar çox yayılmışdır (Gonqadze, Shevarnadze, Dumbadze). 1997-ci ilin məlumatlarına görə, 1649 222 nəfər soyadını "dze" sonluğu daşıdığı bildirilir.
İkinci ən çox yayılmış “şvili” (şəkilçinin tərcüməsi “uşaq” və ya “nəsil” sözlərinə çox yaxındır) şəkilçisi daşıyan soyadlardır. 1997-ci ilə qədər Gürcüstanda "-şvili" şəkilçisi sonuclanan 1.303.723 soyad var idi. Bu sonluğu daşıyan soyadlar Kaxeti və Kartli bölgələrində çox yayılıb. Peikrişvili, Kululaşvili, Elerdashvili və s.
“-İani” şəkilçili gürcü soyadları da məşhurdur. Gürcüstanın qərb bölgələrinə daha çox xarakterik olan "Svan" soyad sonluğudur. Belə soyadlar əcdadın nəcib mənşədən olduğunu göstərir. Məsələn, Dadeşkeliani, Dadiani və Gelovani zədagan soyadları hesab edilir.
Gürcü soyadlarının formalaşması müxtəlif mənbələrə malikdir. Bəzi gürcü soyadlarının formalaşmasında müsəlman soyadlarınında rolu olub. . Məsələn, müsəlman kişi adı Cəlaldan götürülmüş Jalagoniya soyadı ("böyüklük", "ucalıq", “ağıl”) mənalarını ifadə edir.
Heyvan adları ilə əlaqəli soyadlar - Lominadze ("Lomi" - "aslan"), Cuqaşvili ("Dzuq" - «sürü») var.
Bəzi gürcü soyadları isə məkana bağlı olur. Belə soyadların ilk daşıyıcısı zədəgan ailəsinin qaynağı olur.Məsələn: Tsereteli. Bu soyad tam olaraq, Gürcüstanın Zemo bölgəsinin şimalında yerləşən qala adından və eyni adlı kəndin - "Tsereti" adından yaranıb.
Erməni soyadları
Erməni soyadları digər xalqlarla müqayisədə çox gəncdir. Beləki ermənilər XIX əsrdə rəsmi siyahıyaalınma başlayanda, yəni sənədləşməyə eytiyac yaranandan sonra qeydiyyatdan keçməyə başladılar.
Bundan öncə varlı ermənilər adlarının qarşısına "azg" ("qəbilə") və ya "tun" ("ev") sözləri əlavə edirdilər. Məsələn "Rod Mamikoyanov" və ya "Mamikoyanın Evi".
Adi ermənilər soyadları qəbul etməzdən əvvəl eyni adlı adamları birini digərindən ayırmaq üçün "Hayk nəvəsi Arno" və ya "Hayk nəvəsi Garnik" deyirdilər. Ermənilər bəzən bir insana xarakterik ləqəb verirdilər - "topal Amayak" və ya "on iki uşaqlı Anahit".
Bu erməni soyadlarını nəzərə çarpacaq şəkildə təkamülünə səbəb oldu. qədim erməni dilində “ənz” mənasını verən “-eans” şəkilçisi müasir erməni dilində "-yanz" fonetik formasını aldı, sonradan "q" hərfini itirərək "-yan" halına gəldi. Əvvəllər Davidenz kimi deyilən soyad, indi Davidyan kimi yazılır. Sonluğu "enz" şəkilçisi bir çox soyadlarda itirilməyə başladı. XIX əsrdə Rusiyaya köçən bəzi ermənilər bu sonluğu qorudular. Ancaq Ermənistanın özündə, xüsusən də Zəngəzur bölgəsində hələ də belə adlara rast gəlinir - Adonts, Bakunts, Kalvarents.
Erməni soyadlarının formalaşması adlardan yaranır, lakin əksər hallarda peşə və sənətkarlıq adlarıda soyadlarına əlavə edilir - Aztuxyan ("çörəkçi"), Voskerchyan ("zərgər"), Kartaşyan ("mason") və s. İnsanlara xarakterlərinə və ya xüsusiyyətlərinə görədə soyadlar verilir Məsələn: - Çaxatyan ("tülkü"), Karçikyan ("cırtdan").
Osmanlı imperiyasında yaşayan erməni sakinlərin soyadlarının xüsusi özəlliyi var. Beləki Osmanlı İmperiyasında yeni doğulan övladlarına türk adları qoyan ermənilər, bir çox erməni ailəsinin köklərinin türk mənşəli olmasına səbəb oldu. Dəmirçyan soyadı türkcə "dəmirchi" - "dəmirçi" sözündən gəlir.Zori Balayan, İsgəndəryan və s.
Erməni Etnoqraf Levon Abrahamyan qeyd edir ki, erməni soyadlardakı "h" hərfi sənətkarlığa işarədir, çünki türk dilində sənətkarlıq adları "kçi" ilə bitir, məsələn, "bardakçı". Bu sözdən yaranan erməni adı Bardakciyan.
Bəzi erməni soyadlarının maraqlı bir xüsusiyyəti, ruhanilər tərəfindən istifadə edilən və "ata", mənasını verən "ter" sözü əlavə edilir Ter-Petrosyan. Qarabağda, Qarabağ xanı Pənahəli xandan məliklik (rəhbər) rütbəsi alan ermənilər adlarının qarşısına “məlik” sözü əlavə etməyə başladılar. Melik-Şahnazaryan və.s.
Erməni soyadları arasında region, məkan və yerlərlə bağlı soyadlar yoxdur. Buda ondan irəli gəlirki, ermənilərin XX əsrin əvvəllərinə qədər daimi yaşayış yerləri olmayıb. Onlar özlərinə yaxşı həyat qurmaq məqsədi ilə bir ərazidən digərinə həmişə köç ediblər. Köçəri həyat sürüblər.
Azərbaycanlıların soyadlarıAzərbaycanlıların soyadı - bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, bir ailəyə mənsubluğunu göstərən irsi ata adıdır.
Tarixi mənbələrə görə, ilk soyadlar 1375-ci ildən işlədilməyə başlamışdır. Başqa mənbələr isə iddia edir ki, türk soyadlar hələ 11-ci yüzildən tətbiq edilib. Türklərin soyadlardan istifadəsinin tarixi 234-174-cü illər arasında Mete xan “bəy” tərkibindən istifadə etməklə Türklərdə ilk soyad nümunəsini yaratmışdır. Bu soyad yaratmada əsas amil kimi sosial durum və ya mənsubiyyət götürülmüşdür.
Peşə və ya məşğuliyyət adından düzələn soyadlar Xüsusən də orta əsrlərdə geniş yayılmış bu üsulun adından da göründüyü kimi, bir insanın və ya nəslin məşğul olduğu peşəyə uyğun olaraq ona soyadı verilirdi. Misal üçün, Dəmirçi Həsən, Nalbənd Əli və s.
Yer adından düzələn soyadlar Burda da bəlli olur ki, bir insanın və ya nəslin doğum yerinə bağlı olaraq ona soyadı düzəldilir. Misal üçün Bakuvi və ya Bakılı, Təbrizli, Şəkili, Makulu və b. kimi.
Ləqəb ad və ya sonradan qazanılan soyad Eyni adlı insanları birini digərindən fərqləndirmək üçün onlara xarakterlərinə uyğun ləqəb, ayama, ad qoymaq lap qədim zamanlardan Azərbaycanda dəbdə olub. Məsələn: Dəli Həsən, Zəvzək Hüseyn, Topal Aslan və s. kimi.
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra zədagan titullu adlardan zorla imtina etdirilərək soyadların sonluğuna “-ov” və “-ev” şəkilçiləri əlavə etdirilərək Azərbaycanda yaşayan insanların soyadları ruslaşdırılırdı. Sovet hakimiyyətinin ilk illərindən başlayaraq azərbaycanlıların soyadları Əliyev, Səmədov, Vəzirova, Mansurov kimi yazılmağa başlandı.
Orta əsrlərdə azərbaycanlıların antroponimik modeli ana adı və ata adından ibarət idi. Kişilər üçün onlara "oğlu" XIX əsrin əvvəllərindən isə "zadə" (hər ikisi "oğul" deməkdir) sözləri əlavə edildi, məsələn, İbrahim Səttar oğlu və bir qadına - "qızı" ("qızı") - məsələn, Reyhan Qurban qızı, Salam Qədirzadə və s.
İmtiyazlı siniflərin nümayəndələri üçün xarakterik soyadlar belə yazılır: Bakıxanov, Aşurbəyli, Hacıbəyli, Hacıxanlı və s. 2013-cü ilin mart ayında Azərbaycan Ədliyyə Nazirliyi milli Azərbaycan soyadlarını qaytarmaq qərarına gəldi. Bu qərardan sonra soyadların sonluğunda “-ov” və “-ev” şəkilçilərinin silinməsinə başlandı.
Bütün hüquqlar qorunur © 2025