Təqvim
Aslan İsmayılov: Bəhram Bağırzadənin həqiqi səs yazısı “Koronavirus yoxdur” deyənləri yenidən hərəkətə gətirdi
12 iyul 2020 - 16:30

Əziz Həmvətənlərim!

Bəhram Bağırzadənin həqiqi səs yazısı “Koronavirus yoxdur” deyənləri yenidən hərəkətə gətirib. Bu səs yazısı həqiqətən B.Bağırzadəyə məxsusdur, koronavirusu “realiti şou” adlandırdığı, bu xəstəliyə təzəcə yoluxduğu vaxtlarda səsləndirilib. Sonralar vəziyyətinin getdikcə ağırlaşdığından bu gün hansı durumda olduğu hamıya bəllidir. Əgər B.Bağırzadə kimi savadlı bir şəxs xaricdən 3-5 avantüristin tirajladığı fikirlərə inanmışdısa, bu təhlükəli virusu “şou” adlandırırdısa indi ölkədəki vəziyyəti təsəvvür edin.

Əvvəllər mənə eyni sözləri səsləndirənlərin bir çoxu sonradan bu xəstəliyə yoluxdu və məndən kömək istədilər. Tez-tez səsləndirilən bir fikir, dəlil də vardı: “niyə bu xəstəliyə vəzifəlilər, varlılar yoluxmurlar, bu ancaq kasıblar üçündürmü?”. Artıq bu xəstəliyə yoluxanlar arasında Prezident Administrasiyasının şöbə müdiri, deputatlar, rayon icra başçıları da var. Rayon icra başçılarının müavinlərinin biri rəhmətə də gedib. Real vəziyyətin bundan da pis olduğuna, yoluxanların daha çox olduğuna əminəm. Bu virus varlı, kasıb, tanınmış, sadə adamlar tanımır.

Bu gün artıq əsla şübhə etmirəm ki, əhali arasında bu fikirləri bilməyərəkdən səsləndirənlərlə yanaşı bunu bilərəkdən, düşmənçilik niyyəti ilə edənlər də var. Çox heyfsilənirəm ki, ölkənin hüquq mühafizə orqanları bu günə qədər belə bəd niyyətli bir nəfəri də müəyyən etməyib.

Qısaca koronavirusla bağlı bildiklərimi Sizinlə bölüşürəm, çünki bu gözə görünməz düşmənin bütün əlamətlərini hələ də heç kim bilmir, bu gün də bütün dünya beyinləri bunun üzərində çalışırlar. Bu virus ayrılıqda insanları öldürmür, ancaq insanlarda olan xəstəliklərin sürətlə inkişaf etməsi üçün münbit şərait yaradır, insanların immun sistemini çökdürür. Buqələmun (xamelyon) insanlar kimi, tez-tez əlamətlərini dəyişdiyindən həddindən artıq təhlükəlidir. Ona görə də hamınıza müraciət edirəm. Bu gün hər birimiz “koronavirus bir oyundur” tipli şaiyələri yayaraq virusun yayılmasında yardımçı olanların hər birinə cavab verək. İnsanlarımızı belə cahilliyə sövq edənləri, ona qarşı düşmənçilik edənləri ifşa edək, insanların reallığı başa düşmələrinə yardımçı olaq. Sizi bilmirəm, mənim üçün baş verənlər bir müharibədir və hər birimiz bacardığımızı etməliyik.

Aslan İsmayılov 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə