Təqvim
Su çatışmazlığı ilə bağlı beynəlxalq ekspert rəyi
04 iyul 2020 - 16:01

Su resursları və ekoloji idarəetmə sahəsində beynəlxalq mütəxəssis,  BMT-nin İnkişaf Proqramının su məsələləri üzrə eksperti, Misirin Ətraf Mühit Agentliyinin sədrinin birinci müavini Əhməd Əlsəud
su çatışmazlığı ilə bağlı beynəlxalq və regional təsirləri, o cümlədən Azərbaycandakı mövcud durumu qiymətləndirib və bununla bağlı jurnalistlərin suallarını cavablandırıb.

-Bu gün dünyanın bir çox regionlarında quraqlıq müşahidə olunur. Sizcə bu qlobal iqlim dəyişmələri ilə bağlıdır?
 
- İqlim dəyişikliyi indi bir reallıqdır. Bunu biz hamımız hiss edirik, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində insanlar quraqlıq və su çatışmazlığından əziyyət çəkir. İqlim dəyişikliyinin təsirləri ilə bağlı proqnozlar onu göstəriri ki, su ehtiyatlarının azalması bundan sonra da davam edəcəkdir. Ölkələr bunun öhdəsindən gəlmək üçün adaptasiya planları hazırlamalıdırlar.
 
 -Bəzi ekspertlər indiki su çatışmazlığını kənd təsərrüfatının inkişafı ilə əlaqələndirir. Doğurdanmı bu belədir?
 
- Azərbaycandakı mövcud su problemlərindən danışırıqsa, şübhəsiz bu, təkcə kənd təsərrüfatı və suvarma ilə bağlı deyildir. Bu, sudan istifadə edən bütün sahələrə aid edilməlidir. Bu vəzifə hamının üzərinə düşür.

Təbii iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarında çatışmazlıqlar yaranır. Eyni zamanda, kənd təsərrüfatı da daxil olmaqla, bütün sahələrdə suyun idarə olunması daha yaxşı aparılmalıdır. Bəli, Azərbaycanda su tələbatının çox hissəsi kənd təsərrüfatının payına düşür. 

Əsas su istehlakçısı sektoru olan kənd təsərrüfatında müasir texnologiyalardan istifadə etməklə, səmərəli su siyasəti yürüdülməli, itkilər aradan qaldırılmalıdır.
 
-Sizin ehtimallarınıza görə, su ehtiyatlarının azalması müvəqqətidir yoxsa uzun illər davam edəcək?
 
- Bu çətin sualdır, çünki təbii və mürəkkəb bir proses olduğundan heç kim gələn il nə olacağını 100% əminliklə proqnozlaşdıra bilməz.

Ən pis ssenarilər əsas götürülərək planlaşdırma aparılmalı və quraqlığın baş verməsini gözləmədən addımlar atılmalıdır. Quraqlığın davam edəcəyini nəzərə almalı və buna qarşı tədbirləri həyata keçirməyə bu andan başlamalısınız.

Hər halda hər damla suyun faydasını dəyərləndirərək bütün sahələrdə su itkisini azaltmalıyıq.
 
-Problemdən çıxış yolunu nədə görürsünüz? Misir və beynəlxalq təcrübədən çıxış edərək bizə nə təklif edə bilərsiniz?
 
- Bu vəziyyətdən çıxış yolu su ehtiyatlarının idarə olunması ilə məşğul olan bütün maraqlı tərəflərin üzərindədir. Burada təkcə dövlət qurumlarını deyil, həm sizi, həm də məni və cəmiyyətin bütün üzvlərini nəzərdə tuturam.

Bu quraqlığın qarşısının alınmasının məsuliyyətini hamımız paylaşmalıyıq. Bu vəziyyətdə hər birimizin xüsusi rolu var. Hökumətin rolu bütün sektorlarda su itkisini azaltmaq, bələdiyyə şəbəkəsində, həmçinin suvarma kanallarında suyun paylanmasını yaxşılaşdırmaq üçün planlar hazırlamaq və investisiya layihələri həyata keçirməkdir.

Hökumət həmçinin müasir suvarma, sudan təkrar istifadə və digər suya qənaət edən ağıllı texnologiyaların istifadəsini təşviq etməlidir.

Suyun səmərəli istifadəsi üçün iqtisadi stimullar barədə düşünməyə başlamalıyıq ki, müasir suvarma sistemləri quraşdıran fermerlərə subsidiya verə bilək.

Cəmiyyətin digər üzvlərinə gəldikdə, gündəlik fəaliyyətimizdə suyun rasional istifadəsi ilə quraqlıqdan çıxış yolu üçün bir məsuliyyətimiz var.

Zəhmət olmasa, kranı açıq qoymayın. Evdə bir sızma varsa, mümkün qədər tez bir zamanda aradan qaldırın. Küçələrdə sızma olduğunu görsəniz, bildirin. Hər damcı suyun vacib olduğunu bilməliyik.
 
-Siz necə bilirsiniz, sudan istifadəyə yanaşma dəyişməlidir?
 
- Bəli, mütləq dəyişilməlidir. Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir, çünki dünya bol su dövründən su azlığı dövrünə keçir.
Bu da o deməkdir ki, suya münasibətimiz tamamilə dəyişməlidir. Artıq suyu sonsuz bir mənbə kimi qəbul edə bilmərik. Bilməliyik ki, resurslar məhduddur.
 
Buna görə hamını su ilə bağlı davranışlarını dəyişməyə dəvət edirəm. Məktəb uşaqlarından başlamalı və suyun əhəmiyyəti barədə bütün tədris proqramlarında dərslər keçirilməlidir. Su ehtiyatları və suya qənaətin əhəmiyyəti barədə məlumatlandırma üçün bütün sosial media platformalarından istifadə etməliyik. Bu maarifləndirmə kampaniyaları hərəkətə çağırmalı, hər birimizi məsuliyyətlərimizi ciddiyə almağa və hər damcının qiymətli olduğunu bilib, sudan daha da diqqətlə istifadə etməyə təşviq etməlidir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Aqrar
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə