Təqvim
Millət vəkili Razi Nurullayev - “Qoy siyasətçilər siyasət ilə, həkimlər də virusla məşğul olsun”
03 iyul 2020 - 15:06

 “Operativ Qərargahın tərkibinə baxdım və bildim ki, qərar verənlər kimdir. Hamısı bizim hörmətli dövlət nazirlərimiz, hökumətin digər hörmətli üzvləri. Üç nəfərdən başqa da heç kimin nə tibbə aidiyyatı var, nə də virusa”.

 

Bu sözləri millət vəkili Razi Nurullayev deyib.

 

“Qərarlar da belə olmalı idi”, deyən deputat, “hələ yaxşı ki, daha pis günə düşməmişik”, deyə vurğulayıb:

 

“Bu tərkib verilən tapşırıqların, hökumətin göstərişlərinin, Prezidentin qərarlarının vətəndaşlar tərəfindən icra edilməsinə nəzarət edənlərdir və pis-yaxşı da edirlər. Amma, o tərkibdə olanlar xəstəlik və virusla, onun müalicəsi ilə, yayılmasının qarşısının alınması ilə bağlı düzgün qərar verə bilməzlər.

 

Virusun müalicəsi, yayılmasının qarşısının alınması, vətəndaş davranışı və onlara tətbiq olunacaq məhdudiyyətlərin siyahısını başqa qurum hazırlamalı və Operativ Qəragaha təsdiq üçün təqdim etməlidr və iki qurumun iştirakı ilə qərarlar müəyyən edilməlidir”.

 

Razi Nurullayev bildirib ki, qoy siyasətçilər siyasət ilə, həkimlər də virusla məşğul olsunlar:

 

“Bu qədər bəsitdir hər şey! Baş infeksionist Cəlal İsayev ancaq mətbuatla işləyir, sözünü orada deyir, belə çıxır ki, onu dinləyən, ondan məsləhət istəyən yoxdur, baş epidemioloq İbadulla Ağayev gedib oturub bir ucqar kənddə, heç televizoru və interneti də yoxdur. Onda günah varmı? Xeyr, çünki, ona deyən var ki, ay İbadulla müəllim, baş epidemioloqsan, gəl məsləhət ver, yol göstər”.

 

Millət vəkili məsələylə bağlı hökumətə səslənib:

 

“Mən hökumətə səslənirəm: təcili olaraq həkimlərdən, epidemioloq, infeksionist və mütəxəssislərdən ibarət yeni bir tərkibin yaradılmasına ehtiyac var, məsuliyyəti onların üzərinə qoyun. İnanıram ki, onlar park və bulvarları bağlayıb, insanları evə qapatmaz və insanlar da evlərdə kütləviliklə toplaşıb bir-birini yoluxdurmazdılar. Onların verdiyi tövsiyyələr insanların iki saatlıq maskaları həftələrlə geyinib sadəcə görüntü yaratmağa səbəb olmazdı. Hərəkət zamanıdır. Paylaşın! Mətbuat nümayəndələrindən də yayılmasını xahiş edirəm”. modern.az

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə