Təqvim
Koronavirus xəstələrinin tullantılarının atılması ilə bağlı KİV-də yayılmış məlumat ETSN-nin əməkdaşları tərəfindən araşdırılıb
02 iyul 2020 - 14:39

Şamaxı rayonunun Göylər kəndi ərazisinə koronavirus xəstələrinin tullantılarının atılması ilə bağlı KİV-də yayılmış məlumat ETSN-nin əməkdaşları tərəfindən araşdırılıb və sözügedən əraziyə baxış keçirilib.

Baxış zamanı kəndin ərazisinə istifadəyə yararsız yataq dəstlərinin atıldığı faktı təsdiqini tapıb.

Aparılan araşdırma zamanı məlum olub ki, Şamaxı rayonunda koronavirus epidemiyasına yoluxmuş xəstələrin müalicəsi üçün tibb müəssisəsi və karantin rejimli mehmanxana yoxdur, yataq tullantıları da koronavirus xəstələrinə aid deyil.

Faktla bağlı akt tərtib edilib və əraziyə tullantı ataraq, əhalidə narahatlığa şərait yaradan təqsirkarların müəyyənləşdirilməsi üçün Şamaxı rayon polis şöbəsinə müraciət olunub.

ETSN-nin əməkdaşlarının nəzarəti altında ərazi məişət tullantılarından təmizlənib və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə tullantıların idarə olunmasına cavabdeh Göylər bələdiyyəsinin rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Nazirlik vətəndaşları, müəssisə və təşkilatları məişət tullantılarını yalnız xüsusi müəyyənləşdirilmiş yerlərə atmağa, tullantıların düzgün idarə olunması və təmizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə