Təqvim
AQTA Cəlilabadda tullantıların küçəyə atılması ilə bağlı məsələyə aydınlıq gətirdi
29 iyun 2020 - 19:26

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq əşyaların küçəyə atılması ilə bağlı mediada yer almış xəbərlərdə  həmin əşyaların daşınması və utilizasiyanın guya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA)  tapşırılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bildiririk ki, həmin xəstəxanadan qeyd olunan əşyaların, müxtəlif tullantıların ərazidən daşınması və utilizasiyası Qida Təhlükəsizliyi Agentliyinin funksional vəzifələrinə daxil deyil və bununla bağlı Agentliyə hər hansı tapşırıq verilməyib. Yalnız onu qeyd edə bilərik ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Lənkəran Regional Sınaq Laboratoriyasında bioloji və tibbi tullantıların utilizasiyasını həyata keçirən, müasir standartlara cavab verən insinerator (yüksək temperaturda yandırılma üsulu ilə təhlükəli tullantıların zərərsizləşdirilməsi) avadanlığı fəaliyyət göstərir. Pandemiya şəraitini nəzərə alaraq həmin avadanlığın imkanları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha məlumatlar verilmiş və yalnız bioloji və tibbi tullantıların məhv edilməsi üçün laboratoriyanın avadanlığı bu prosesə cəlb olunmuşdur.

Hazırda avadanlıq vasitəsilə cənub bölgəsində pandemiya ilə əlaqədar mövcud olan bioloji və tibbi tullantıların utilizasiyası həyata keçirilir. Xəstəxananın digər əşyaları, müxtəlif növ tullantıları, o cümlədən məişət tullantıları, yemək  üçün nəzərdə tutulan qablarının daşınması və məhv edilməsi Qida Təhlükəsizliyi Agentliyinin yox, aidiyyatı qurumların birbaşa vəzifə səlahiyyətlərinə daxildir.  Əlaqədar qurumlara isə tövsiyə edirik ki, yanlış məlumatlar  yaymamaq üçün informasiya verərkən həmin məlumatın dəqiqliyini bir daha araşdırsınlar.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Aqrar
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə