Təqvim
İşğal olunmuş Qarabağda COVID-19-a yoluxma partlayışı baş verəcək - MÜSAHİBƏ
27 iyun 2020 - 20:53

Azərbaycanın işğal olunmuş regionunda “hökumət” koronavirus testinin mənfi nəticələrini təsdiq edən sənədlər olmadan Qarabağa səfər etməyə qadağa qoyub. Xəbər, əlbəttə ki, maraqlıdır və “kreativliyi” ilə “heyran” edir. Bu, həm də onların “müstəqilliklərini” sübut etmək üçün yeni cəhd kimi qiymətləndirilə bilər. Bəs işğalçı hökumət hərbçiləri niyə unudub?
Axı separatçıların “ordusunun” 90 faizi Ermənistandan olan çağırışçılardan ibarətdir. Bundan əlavə, dünən Ermənistanın Müdafiə naziri David Tonoyan müdafiə sahəsi və silahlı qüvvələrin inkişafındakı prioritet vəzifələr barədə fikirlərini bildirərkən, Ermənistan ordusunun hərbi heyətinin Qarabağda təmas xəttində mövqelərində qaldıqlarını söyləyib.
Vəziyyəti gürcüstanlı məşhur həkim İrakli Dartsmeliya şərh edib.
- “DQR” “hakimiyyəti” öz nəzarətlərində olan əraziyə yalnız COVİD-19 xəstəliyinin olmamasını təsdiqləyən sənədlə gəlişin mümkün olduğunu bildirib. Bu zaman bir neçə sual ortaya çıxır. İnsan yoluxa bilər, testlər bunu dərhal göstərməyəcək; o gəlir və başqalarını yoluxdurur...
- ...Çox şey hansı testin və xəstəliyin hansı mərhələsində aparılmasından asılıdır. Bir şəxs PZR (polimeraz zəncirvari reaksiya - red.) və İFA (immunoferment analiz - red.) testindən keçibsə, xəstəliyin olmaması barədə danışmaq olar. Ancaq burada da nüanslar var. PZR testi daha dəqiq hesab olunur, fəqət yaxmanın götürülməsində xətaya yol verilə bilər. İFA testi isə anticisimləri dərhal aşkar etmir.
- İşğal olunmuş Qarabağdakı “qonaqlardan” hər cür arayış tələb ediləcəyi aydındır. Ancaq Ermənistandan olan çağırışçılar ora göndərilir. Karantinə riayət edilməsi nə qədər realdır? İzdihamlı kazarmalar, ümumi yeməkxanalar...
- COVID-19 virusu çox virulentdir (virulentlik – infeksion agentin orqanizmin xəstəlik və ya ölümünə səbəb olma dərəcəsi – red.). Bu, praktiki olaraq yoluxmaya zəmanət verir. Xəstəliyin necə davam edəcəyi isə başqa məsələdir. Ancaq fakt faktlığında qalır. Bundan başqa, həmin hərbçilər mülki vətəndaşlarla əlaqə quracaqmı?
Bu cür sıx yaşayış şəraitində yoluxmadan qaçmaq və deyək ki, sosial məsafə saxlamadan hərbi tapşırıqların yerinə yetirilməsi praktiki olaraq mümkün deyil.
Həmçinin, ümumi istifadədə olan əşyalar var.
- Ermənistandan çağırışçıların mütəmadi olaraq “daşınmasına” göz yumaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməyi qadağan etmək qəribə deyilmi?
- Daha sadə dildə izah edim: Nəzəriyyədə heç kim gəlməməlidir. Ancaq, deyək ki, Ermənistandan hərbçi gətirilibsə, o, bir müddət karantində qalmalıdır.
- Ümumdünya Səhiyyə Təşkilatı işğal olunmuş ərazilərə nəzarət etmir. Bu yerlər koronavirus ocağına çevrilə bilərmi? İşğal olunmuş Qarabağ “boz zonadır”...
- Vəziyyət ilk növbədə orada olan hər kəs üçün təhlükəlidir... oxu.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə