Təqvim
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa: Əməkdar artist Könül Kərimova
08 iyul 2020 - 13:00

"Qızıl yarpaq, Tənha səs" müsabiqəsinin növbəti iştirakçısı Əməkdar artist Könül Kərimovadır. O, müsabiqəyə xeyriyyəçi – şair Gülağa Tənhanın “Deyiləm” şeirinə bəstələdiyi mahnı ilə qatılmışdır. Azpress.az saytı adı çəkilən mahnının Klip versiyasını təqdim etmişdir, həmin buraxılışda bu şeirin yaranma tarixçəsi haqqında da ətraflı məlumat verilmişdir. İndi isə sizə Könül Kərimovanın məhz müsabiqədəki çıxışını təqdim edirik.

 

 

 

söz: Gülağa Tənha (Qənbərov)
musiqi və ifa: Əməkdar artist Könül Kərimova

 

 

DEYİLƏM


 

 

İlk sevgi qəlbimdə əbədi qaldı,
Çılğın gəncliyimi əlimdən aldı.
Ümidim yarpaqtək soldu, saraldı,
Daha əvvəlkitək gülən deyiləm.
Sən elə bilirdin sənsiz ölərəm,
Mənim üzüm bərkdi, ölən deyiləm.
Elə incitmisən ürəyimi sən,
Bir daha qapına gələn deyiləm.
Pərvanə dolanar şamın başına,
Sevgi məhəl qoymaz ömrün yaşına.
Qayıtsan yenidən on beş yaşına,
Mən sənin sevgini bilən deyiləm.
Tənhanın sözünü yadında saxla:
Ömrün keçəcəkdir naləylə, ahla.
Ürəyin nə qədər istəyir ağla,
Axan göz yaşını silən deyiləm.

 

 

dekabr, 1977

 

 

Klip versiyası


Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə