Təqvim
Könüllülərdən ictimai asayiş keşikçilərinə dəstək +FOTO=14
27 iyun 2020 - 17:43

Yeni növ koronavirus infeksiyasının ölkəmizdə yayılması ilə əlaqədar xüsusi karantin rejimi şəraitində yorulmadan fəaliyyət göstərən Azərbaycan könüllüləri Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq növbəti aksiya çərçivəsində Bakı şəhərində ictimai asayiş keşikçilərinə dəstək nümayiş etdiriblər.
Belə ki, könüllülər xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməsinə nəzarət üzrə fasiləsiz xidmət göstərən hüquq mühafizə orqanları əməkdaşlarına dəstək və minnətdarlıqlarının təcəssümü olaraq, onlara havaların isti keçdiyi bu günlərdə sərin su və könüllülərin dəstək sözlərinin ifadə olunduğu açıqcalar çatdırıb, bununla koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasında, sözün əsl mənasında, fədakarlıq göstərən bu şəxslərlə həmrəyliklərini və vətəndaş məsuliyyətlərini nümayiş etdiriblər.
Təqdirəlayiq haldır ki, xüsusi karantin rejiminin qaydalarını nəzərə alaraq, könüllülər Bakı şəhərində sms icazə sisteminin yaratdığı 2 saatlıq açıq havada olma hüquqlarından məhz bu aksiyada iştirak etmək məqsədilə istifadə ediblər.
Qeyd edək ki, yeni növ koronavirus pandemiyası ilə mübarizədə dövlətin gördüyü tədbirlərə dəstək məqsədilə bir araya gələn Azərbaycanın bütün aparıcı könüllü hərəkat və təşkilatlarını bir çətir altında birləşdirən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarı altında könüllüləri səfərbər etməklə, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsini həyata keçirir. Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” və “Bir-birimizi qoruyaq!” aksiyalarında minlərlə könüllü iştirak edib və on minlərlə insan əhatə olunub.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə